Nazir məktəblərdə pul yığılması ilə bağlı dediklərinə aydınlıq gətirdi

24 dekabr, 2021 00:42

“Məktəb direktorları, Təhsil Nazirliyinin əməkdaşları və ya təhsili idarə edən hər hansı şəxslərin məktəbdə pul yığması, hansısa maddi resursları valideynlərdən toplaması birmənalı olaraq qeyri-qanunidir”.

“Azsiyaset” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

“Biz “Məktəblərə resurs cəlb oluna bilər və bu, könüllü əsasda olmalıdır” dedikdə, bu, məktəb direktoru tərəfindən, yaxud hansısa məmur tərəfindən olmalıdır deyə başa düşülməməlidir”, - nazir qeyd edib.

O bildirib ki, könüllülük çox vacib məsələdir:

“Bu, o demək deyil ki, kimsə buna məcbur edilə bilər. Bu, sadəcə olaraq, istəyə bağlıdır. Həqiqətən, kimsə öz oxuduğu məktəbə, məzun olduğu məktəbə, həyətində yerləşən məktəbə, övladlarının oxuduğu məktəbə hər hansı bir şəkildə, qanunazidd olmadan, könüllü şəkildə maddi resurs vermək istəyirsə, bunun mexanizmi olmalıdır”.

Təhsil naziri Valideyn-Müəllim Assosiasiyalarından da danışıb:

“Bəzən yanlış olaraq bu assosiasiyaları nazirliyin qurumu kimi başa düşürlər. Amma bu, belə deyil. Bu, valideynlərin öz idarəetmə qurumudur. Burada təmsil olunmağa valideyn özü qərar verməlidir. Bu mexanizmlər cəmiyyət üçün yenidir”.

E.Əmrullayev mövzudan yayınma hallarından da söz açıb:

“Müzakirələri izləyirəm, mənə görə, mövzudan əsas yayınma odur ki, məktəb direktoru uşaqlardan pul yığsa, nə olacaq?

Yenə deyirəm, söhbət məktəbin pul yığmasından getmir. Söhbət məktəbə görə dövlətin ayırdığı vəsaitdən əlavə vəsaitlərin könüllü olaraq, şəffaflıq prinsipləri əsasında şagirdlərin və Azərbaycan uşaqlarının inkişafı naminə toplanıb xərclənməsində bir problem varmı?

Müzakirələrdə daha çox bu sual cavablandırılmalıdır. Bu risklidirmi, hansı riskləri var, nəyi pisdir?

Bütün vergilərinizi ödəyəndən sonra əlinizdəki əlavə vəsaiti məktəbə vermək istəyirsinizsə, ya arqument olmalıdır ki, bu çox pisdir, bunu etməməlisiniz, ya da pis deyilsə, cinayət deyilsə, biz bunun mexanizmini qurmalıyır. Bu, növbəti addımdır”.

“Hələlik fikirləri toplayırıq. İctimaiyyətin rəyini öyrənirik. Düşünürəm ki, növbəti ilin ilk aylarında Təhsil Nazirliyi bununla bağlı daha konkret mexanizmləri ictimaiyyətin diqqətinə təqdim edəcək”, - o əlavə edib.

Nazir vurğulayıb ki, yeni modellərdən qorxmamalıyıq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR