İnsanlar dərman almaq üçün gecə 2-dən növbə tuturlar - FOTO

24 dekabr, 2021 11:40

Tez-tez sosial şəbəkələrdə diabet xəstələrinin dərmanla təminatda qarşılaşdığı problemləri  görürük. Onlar saatlarla, bəzən də günlərlə xəstəxana növbələrində durub müalicələri üçün lazım olan dərmanı götürməyə çalışırlar. Bu problem ölkənin əksər bölgələrində yaşanır.

Bu dəfə isə bənzər mənzərə Mingəçevirdə görünüb. Belə ki, Mingəçevir Mərkəzi Xəstəxanasının qarşısında diabet xəstələrinin dərmanlar üçün növbəyə düzülməsini əks etdirən foto sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, onlar gecə saatlarından növbəyə düzülsələr də, lazım olan dərmanları ala bilmirlər. Qeyd edilir ki, onlar arasında gecə 2 radələrindən növbə tutan vətəndaşlar var. 

Xəstələri bu növbələrdə kim saxladır? 

“Azsiyaset" xəbər verir ki, qafqazinfo.azməsələ ilə əlaqədar olaraq Mingəçevir Mərkəzi Xəstəxanasının Mətbuat Xidməti ilə əlaqə saxlayıb. Xəstəxanadan sorğumuza cavab olaraq bildirilib ki, tibb ocağının qarşısında belə növbənin yaranmasına səbəb alınan dərmanların sayının xəstələrin sayına uyğun olmamasıdır: 

“Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 4523 nəfərdir. Xəstələrin dərman təminatını yetəri qədər təmin etmək üçün hər ay xəstəxana tərəfindən İnnovasiya və Təchizat Mərkəzinə sifariş yazılır. Lakin hər ay üçün alınan dərmanların sayı xəstələrimizin sayına uyğun olmadığı üçün böyük problemlə qarşılaşırıq. Bununla bağlı lazımı üst qurumlara müraciətlər olunmasına baxmayaraq, nəticə hələ də dəyişməz olaraq qalır. Bu səbəbdən xəstələr tərəfindən bu şəkildə növbələr yaranır”.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən isə qafqazinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəkərli diabet xəstəliyinin müalicəsi üçün lazım olan dərmanları Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tərəfindən xəstə sayına uyğun olaraq alınır: 

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinə təqdim edilir. Dərman preparatlarının xəstələrə paylanması bu müəssisələr tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən yeni hazırlanmış proqram layihəsində şəkərli diabetdən əziyyət çəkən xəstələrə verilən dərmanların adambaşına gündəlik 40 vahid əvəzinə, bu rəqəmin 60 vahidə çatdırılması təklif edilib”.

Qeyd edək ki, hazırda Azərbaycanda şəkərli diabetlə əlaqədar rəsmi qeydiyyatdan keçən 283 min nəfər xəstə var.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR