Təhsil Nazirliyi də "tender kralı"na haqq verdi - İnternet saytı olmayan "Vest-LTD" QSC-yə milyonlar niyə verilir?

29 dekabr, 2021 11:15

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mebel inventarlarının satın alınmasına 12,5 milyon manata yaxın vəsait yönəldəcək.

"Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, “Vest-LTD” QSC ilə mebel inventarlarının satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 12 milyon 498,821 min manatdır.

Tenderdə qalib edilən “Vest-LTD” QSC dövlət qurumlarından ən çox layihələr əldə edən şirkətlərin başında gəlir. Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, QSC 2010-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2050 manat təşkil edir, qanuni təmsilçisi Şahin Verdəliyevdir. Əvvəl “Vest LTD” MMC olan şikrətin sonradan təşkilati-hüquqi forması dəyişdirilərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilib.

İnternet resurslarında apardığımız araşdırma zamanı məlum oldu ki, əksər dövlət qurumlarının keçirdiyi tenderlərin qalibi “Vest-LTD” QSC olub. Məsələn, Dövlət Turizm Agentliyi ötən il noyabrın 2-də adıçəkilən şirkəti 3,3 milyonluq tenderin qalibi elan edib. QSC Agentliyin inzibati binasında əsaslı təmir və yenidənqurma işlərini satın alıb.

Mədəniyyət Nazirliyi isə “Vest-LTD” QSC-ni mədəniyyət müəssisələrinin 2021-ci ildə cari və əsaslı təmiri üzrə iki, struktur qurumlarına maşın və avadanlıqların satın alınması üzrə isə bir tenderin qalibi elan edib. Ümumi dəyəri 3 milyon manat olan layihələr adıçəkilən şirkətə ötürülüb.

“Vest-LTD” QSC Bakı Şəhər icra Hakimiyyətinin də "sevimli" şirkətlərindən biridir. Məsələn, ötən ilin iyun ayında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. “Vest LTD” QSC-nin qalib olduğu tenderə görə adıçəkilən şirkətə 10 milyon manat vəsait köçürülüb.

Mediada yazılanlara görə, “VEST-LTD” QSC-nin təkcə pandemiyanın tüğyan etdiyi 2020-ci ildə 22 tenderin qalibi olub. Qadağaların götürüldüyü 2021-ci ildə bu sayı yəqin ikiyə vurmaq lazınm gələcək...

Qeyd edək ki, "tender kralı" olan “VEST-LTD” QSC-nin rəsmi saytı yoxdur. Dövlətdən on milyonlarla vəsait alan bir şirkətin şəffaflıqdan və hesabatlıqdan kənar olması, maliyyə nəzarəti qurumlarının bunu görməzdən gəlməsi ciddi qanun pozuntusudur. Təcrübədə adətən belə şirkətlərlə bağlı araşdırmalar o zaman başlayır ki, hansısa iriçəkili məmurun korrupsiya pramidasının dağıdılmasına qərar verilir...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR