"Zəfər yolu" sənədli filmi Masallıda nümayiş olundu - VİDEO/FOTOLAR

29 dekabr, 2021 22:40

Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində “Zəfər yolu” sənədli filminin nümayişi keçirilib.

Asiya.az xəbər verir ki, “Masal prodakşın”-ın istehsal etdiyi ekran əsəri Masallıdan olan şəhidlərin əziz ruhuna ithaf olunub.

Filmin nümayişində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri – Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ictimayət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhid atalarına milli qeyrət rəmzi sayılan papaqlar, analarına isə üzərində Xarı bülbül rəmzi olan kəlağayılar hədiyyə edilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Masallı Xalq Teatrının rejissoru Cəmalədin Əliyev “Masal prodakşın”-ın yarandığı bir il ərzində məsuldar işləməsindən, müxtəlif səpkilərdə 4 qısametrajlı, 3 tammetrajlı sənədli film, eləcə də klip və müxtəlif növ reklam çarxları çəkməsindən danışıb. 

“Zəfər yolu” sənədli filmi haqqında danışan aparıcı bildirib ki, “Həm əsgərlərimiz, həm də sadə vətəndaşların müharibə dövründə keçirdiyi mənəvi-psixoloji ruh yüksəkliyi, ortaya çıxan yeni müsbət cizgilər və ən əsası hər bir azərbaycanlı kimi Masallı sakinlərinin Qələbəyə sona qədər inam bəsləməsi, onların keçdiyi zəfər yolu filmdə öz əksini tapıb”.

Sonra çıxış edən “Masal prodakşın”-ın baş direktoru, jurnalist Cəfər Cəfərov bildirib ki, bugünkü informasiya dövründə audio-vizual, xüsusilə sənədli filmlərin çox böyük əhəmiyyəti var.

“Ölkəmiz tarixinin ən gözəl günlərini yaşayır. Buna görə də Ali Baş Komandan İlham Əliyev başda olmaqla qüdrətli Ordumuza təşəkkür edirəm. Vətən müharibəsində Ordumuzun göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.” – deyə baş direktor qeyd edib.

Ekran əsəri haqqında məlumat verən Cəfər Cəfərov qeyd edib ki, filmdə Vətən Müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər Masallı sakinlərinin ümumi Qələbədə oynadığı rol göstərilir.

Cəfər Cəfərov filmin ərsəyə gəlməsində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Millət vəkilləri – Anar İsgəndərov, Məşhur Məmmədov başda olmaqla köməyi keçən hərkəsə, eləcə də filmin yaradıcı heyətinə öz təşəkkürünü bildirib.

Sonra “Zəfər yolu” sənədli filmi nümayiş olub.

Nümayişdən sonra rayon rəhbəri geniş nitqində qeyd edib ki, nə qədər ki, Azərbaycan Dövləti var, şəhidlər heç vaxt unudulmayacaqlar. Azərbaycan Dövləti də əbədı olacaqdır. Ümummilli Liderin layiqli varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun qəhrəmanlığı, əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü təmin edilib, şəhidlərimizin qisası alınıb. Bu şanlı qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. 

Sənədli film Zəfər qələbəmizə, Masallı şəhidlərinə həsr olunub. 

Sənədli filmin nümayişini bütün məktəblərdə keçirilməsi məqsədəmüvafiqdir. Azərbaycanın yaxşı vətəndaşa ehtiyacı var. Kim olursan-ol, əgər Vətənini sevmirsənsə yaxşı vətəndaqş olmaz. Dərslər Vətən kəlməsiylə başlayıb, sonra keçilməlidir əsas dərsə, sonra Vətən sözüylə yekunlaşmalıdır.

-Şəhidlərin ruhu hər an anılmalıdır. Cəfər, sağ ol. Yaxşı filmin təsiriydi ki, hamı sakitcə baxdı.." deyə Masallı Rayon İcra Hakimiyyətinin başçısı bildirdi.

Çıxış edən millət vəkilləri  tarixi və vətənpərvərlik mövzusunda sənədli film ərsəyə gətirdikləri üçün yaradıcı heyətə öz minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, “Zəfər yolu” sənədli filminin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, video operatoru Nurşad Bayramovdur.

 

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR