Rusiya sülhməramlıları Laçındakı ermənilərlə birgə Yeni il şənliyi keçirdi - FOTOLAR

31 dekabr, 2021 02:05

2020-ci ilin noyabrından bəri Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin 5 illik(!) nəzarətində qalan Laçın rayonunun mərkəzində 1992-ci ildən bu yana qanunsuz məskunlaşmış ermənilər Yeni il bayramı münasibəti ilə tədbir keçiriblər.

Ermənistanın “Panorama” nəşrinin  yazdığına görə, Rusiya hərbçilərinin təşkilatçılığıyla keçirilən tədbirə 200-ə yaxın erməni qatılıb.

“Laçın dəhlizi” deyilən əraziyə daxil olan Zabux kəndindəki ermənilərdən də  tədbirə qatılan olub.

Rusiya hərbçiləri, “Erməni xeyriyyə itiffaqı” və Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz “elm və təhsil nazirliyi” adından Laçındakı erməni uşaqlarına hədiyyələr verilib. Laçının girişində Yeni il küknarı qurulub və Rusiya bayrağıyla yanaşı  separatçı-terrorçu rejimin "bayrağı" da asılıb.

Laçında sülənən Artur Avetisyan  erməni jurnalistlərinə açıqlamasında bildirib ki, guya 2020-ci ilin 44  günlük savaşınadək Laçın rayon mərkəzində 3 minə yaxın erməni yaşayıb, indi isə yalnız 200-ü qalıb.

Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşmasından bəri keçən bir ildən çox müddətdə Rusiyanın Müdafiə Nazirliyi bir neçə dəfə özünün rəsmi saytındakı Azərbaycan torpağındakı "sülhməramlı" kontingentinə aid bölmədə Laçın rayonunu  "Dağlıq Qarabağın Laçın rayonu" kimi təqdim edib, Rusiya hərbçiləri Laçın şəhəri və rayonun Zabux kəndində qanunsuz məskunlaşmış hayları "yerli sakinlər" adlandıraraq onlara yardım ediblər...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR