Mahmudovun dəstəsinin üzvü vəkillər kollegiyasında - Vəkil vəsiqəsi verilən Yasin Məmmədov kimdir?

04 yanvar, 2022 17:37

Azərbaycan Respublikası Cinayət Məcəlləsi 182.3.1. - hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə; 182.3.2. - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə; 311. rüşvət alma, 311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 311.3.2. təkrar törədildikdə; 311.3.3. külli miqdarda törədildikdə; 311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə; 341. – vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma 341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 341.2.3. ağır nəticələrə səbəb olduqda...

“Aazsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, bunlar məşhur “MTN işi” üzrə istintaqa cəlb olunan, Eldar Mahmudovun bandasının üzvlərindən biri hesab edilən, ləğv olunmuş MTN-in İstintaq Baş İdarəsinin İbtidai İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi vəzifəsini daşımış, barəsində zərərçəkmişlərin saysız-hesabsız şikayətləri, ifadələri olan, ümumilikdə onlara 10 milyon manatdan artıq ziyan vurduğu bildirilən Yasin Məmmədova qarşı irəli sürülən rəsmi ittihamlardır.

Ancaq maraqlıdır ki, bütün yuxarıda qeyd edilənlər Yasin Məmmədovun rəsmən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına üzv qəbul olunmasına mane olmayıb. Belə ki, mətbuatda və sosial şəbəkəlrdə dərc edilən məlumatdan və fotolardan aydın olur ki, Yasin Məmmədov təxminən bir həftə əvvəl – dekabrın 26-da Vəkillər Kollegiyasına üzv qəbul olunub və vəkil vəsiqəsi alıb.

Natiq Məmmədov

Məlumat üçün bildirək ki, Y.Məmmədov 2018-ci ilə qədər Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədr müavini olmuş Natiq Məmmədovun qardaşıdır. Onun indiyə qədər azadlıqda qalmasını da mətbuatda bununla əlaqələndirirlər.

Təkcə onu qeyd etmək kifayətdir ki, Y.Məmmədovun cəlb olunduğu epizodlardan biri üzrə, onun istintaqa cəlb etdiyi zərər çəkmiş şəxs – Cahangir Məmmədov MTN bandası tərəfindən üzləşdiyi təzyiq və təhdidlərə dözməyərək, özünü öldürüb...

“MTN işi” ilə bağlı ittihamın Yasin Məmmədova aid hissəsində onun vətəndaşlar - İbrahim Zeynalovdan 10 milyon dollar, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Sərdar İsmayılovdan 55 min dollar və s. alaraq, mütəşəkkil cinayətkar dəstənin üzvləri arasında bölüşdürdüyü qeyd olunur. Bunlar təbii ki, tam siyahı sayıla bilməz, ancaq hər halda, yeni vəkilin tərcümeyi-halı üçün mühüm məqamlardır...

Əslində, Azərbaycanda məhkəmə-hüquq sisteminin hansı acınacaqlı vəziyyətdə olduğunu xüsusi vurğulamağa yəqin ki, ehtiyac yoxdur. Çoxlu sayda vətəndaşa, sahibkara ziyan vurması, hədə-qorxu gəlməsi, rüşvət tələb etməsi və s. ittihamlarla hazırda məhkəmə qarşısına çıxarılan, MTN çətəsinin fəal üzvlərindən biri sayılan şəxsin Vəkillər Kollegiyasına təyinatı, bundan sonra vəkil kimi fəaliyyət göstərməsi də bu durumun ağırlığını bir daha ortaya qoyur...

Y.Məmmədovun təyinatının Vəkillər Kollegiyasının reputasiyasına necə təsir edəcəyinə gəldikdə isə yəqin ki, bunu sözügedən qurumun rəhbərliyi hamıdan yaxşı bilir...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR