Lisey direktorunun evindən 34 min dollar, 20 min manat oğurlanıb - Ramiz Mehdiyevin qohumudur...

07 yanvar, 2022 00:01

Oğurluqda təqsirləndirilən qadına şərti cəza verilib. O, dayə kimi çalışdığı evdən oğurluq edib. Ev sahibi lisey direktorudur.

"Azsiyaset" musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Gülnar İsmayılovanın cinayət işi üzrə məhkəmə araşdırması keçirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən G.İsmayılovaya şərti cəza verilib.

Qeyd edək ki, hadisə 2019-cu ilin sentyabr ayından 12 mart 2020-ci il tarixədək olan müddət ərzində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

İttihama görə G.İsmayılova Heydər Əliyev adına liseyin direktoru Orucova Sevinc Rafiq qızının evindən 57 800 manatlıq oğurluq edib.

Məlum olub ki, G.İsmayılova direktorun uşağının dayəsi olub.

G.İsmayılova direktorun evindən iki dəfə oğurluq etdiyini etiraf edib. Bildirib ki, iki dəfə Sevinc Orucovanın evindəki seyfdən pul götürüb. Sevinc Orucova evdən çıxan zaman seyfin açarları otaqda qalıb. Seyfi açaraq birinci dəfə 11 min dollar, ikinci dəfə isə 14 min manat götürüb.

G.İsmayılov bildirib ki, 11 min manatı maşının kreditinə ödəyib, 3 min manatı isə şəxsi ehtiyaclarına xərcləyib. 11 min dolları isə direktora geri qaytarıb.

Əməlindən peşman olan G.İsmayılova bildirib ki, həbs edilən zaman anası evlərini sataraq direktorun pulunu qaytarıb. Bundan sonra ev dustaqlığına buraxılıb.

O, məhkəmədən direktorla barışmasını, əməlindən səmimi peşman olmasını nəzərə almağı xahiş edib.

Zərərçəkmiş Sevinc Orucova isə mənzilindən 34 min dollar, 20 min manat oğurlandığını deyib. Bildirib ki, G.İsmayılovanın götürdüyü pulların 34 min dolları qardaşına məxsus olub.

Direktorun sözlərinə görə oğurluq hadisəsi evdə olan kameralara düşüb. Görüntülər istintaq orqanına da təqdim edilib.

Sevinc Orucova zərərin ödənildiyini, G.İsmayılovadan şikayətçi olmadığını söyləyib. Direktor onu da əlavə edib ki, G.İsmayılova onun pulu ilə maşının kreditini bağlamaqla yanaşı, özünə bahalı telefon da alıb.

Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin bibisi qızıdır. O, pandemiya dövründə Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edənlər arasında idi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR