Şəhid məzarı ilə bağlı Cəlilabad RİH-dən açıqlama - "Şəhidin qardaşı təklifimizi geri çevirir"

07 yanvar, 2022 11:48

Bəzi saytlarda Birinci Qarabağ Savaşında qəhrəmancasına şəhid olan əsgər Aslan Əliyevin Cəlilabad rayonunda yerləşən məzarının yararsız halda olması və şəhid ailəsinin məzarın təmir edilməsi ilə bağlı rayon icra hakimiyyətindən müsbət cavab almaması ilə bağlı məlumatlar dərc edilib. 

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən Azsiyaset.com-a bildirilib ki, şəhid məzarlarının təmir olunması üçün rayon icra hakimiyyətinin xərclər smetasında vəsait nəzərdə tutulmamışdır:

"Lakin şəhidin qardaşı Nail Əliyevə imkan daxilində məzarın təmir olunması təklif olunsa da o, bu təklifi geri çevirmişdir və məzarın sökülərək qara mərmər daşından yenidən inşa edilməsini tələb etmişdir. Əlavə olaraq qeyd edək ki, Nail Əliyev və şəhidimizin bütün ailə üzvləri daim diqqət mərkəzində saxlanılmışdır. Bunun nəticəsidir ki, Nail Əliyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilən 5 otaqlı mənzildə yaşayır və özü ucqar kəndlərimizdən birində yaşamağına baxmayaraq Dost İş Mərkəzində sosial işlə təmin edilmişdir. Şəhidimizin digər qardaşı Nurəddin Əliyev isə ata evində yaşayır və həmin evin təmir olunması üçün rayon icra hakimiyyəti imkan daxilində köməklik göstərmişdir. Yaxın zamanlarda isə digər qardaş olan Coşqun Əliyevin yoldaşı da müraciəti nəzərə alınaraq Cəlilabad şəhər 9 saylı tam orta məktəbində işlə təmin edilmişdir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR