"Rusiyanın işğalı davam edir" - Subut Mehdiyev şərh edir...

09 yanvar, 2022 22:29

Keçmiş Sovet Respublikalarının ərazisində baş verən hadisələr fonunda ardıcıl olaraq Rusiyanın həmin ərazilərə sülhməramlı adı altında müdaxiləsi davam etməkdədir. Qazaxıstanda baş verənlər bunu bir daha təsdiq edir.

Etirazçıların önündə hər hansı siyasi bir qüvvənin görünməsi barədə məlumat verilmədi. Hadisələrin xronologiyasına nəzər salsaq görərik ki, bu düşünülmüş və ssenarisi əvvəlcədən müəyyən edilmiş hadisədir. İnsanlar qazın qiymətinin artırılmasına etiraz edir. Dövlət dərhal etiraza reaksiya verib, qiyməti sabit saxlamaq barədə qərarı elan edir.

Ancaq bunun heç bir faydası olmur. Etirazlar daha da genişlənir. Etirazçılar arasındakı müxtəlif qruplar meydanı ələ alır. Və silahlar paylanılır.

Bu o anlama gəlmir ki, baş verən qarşıdurma idarə edilmir. Baş verən hadisələrdə ən vacib faktlardan biri də Prezidentin xalqa rus dilində müraciət etməsidir. Bunun ardınca isə hadisələrdə müxalif kimi təqdim edilən narazılar da rus dilində etiraz videosu yayımlayır. O qədər mürəkkəb və çox səbəbli hadisələr cərəyan edir ki, ilk olraq hadisələrin təşkilatçısı kimi nəzərlər Nursultanın üzərində daynır. Bir neçə gün susqunluq. Nəhayət Lukaşenko dövriyyəyə daxil olur və Nazarbayev tapılır.

Daha sonra isə Nazarbayev Prezidentə dəstək nümayiş elətdirir. İğtişaşçı adlandırdıqları kütləyə silahı yerə qoymağa çağırış edir. Həbslər başlayır. Prezident terrorçuların 20 minə qədər sayda olduğunu və xaricdən təlimat aldıqlarını, dövlətin müstəqilliyinin təhlükədə olduğunu səbəb gətirərək KTMT –yə müraciət eləməyə yol açır. Ərdoğanın TURAN birliyiının başında duran ən önəmli Türk dövləti Rusiya tərəfindən sülhməramlı adı altında işğal edilir. Qazaxstan xalqının haqqı darmadağın olunur. Nəticədə isə böyük dövlətlərin böyük maraqları xalqı qardaş qırğınına verir. Faciə ilə müşaiət olunan hadisələr xalqın kütləvi şəkildə başıpozuq rəhbəri tərəfindən güllələnməsini reallaşdırdı.

Hadisələrin gedişi onu göstərir ki, Qazaxıstan hadisələrinin yaranması düşünülmüş ssenari üzrə cərəyan edib. Qazaxıstanda iğtişaş baş verir, Putin isə dini ayinlər icrasındadır guya. Tam sakit və guya olanlardan xəbərsiz.

Moldaviya, Gürcüstan , Azərbaycan, Ukrayna, Qazaxıstan bu sıralama ilə Rusiya artıq hər yerdədir. Görünən budur...

Müəllif: Subut Mehdiyev 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR