"Bakı-Tiflis-Ceyhan neft kəmərini partlatmaq tapşırığı verilmişdi" - Erməni diversantdan etiraflar

10 yanvar, 2022 22:17

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşları - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Ermənistan Müdafiə Nazirliyinin xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri İ.Sarqsyan və mühəndis istehkamçı qismində hərbi xidmət keçən V.Rafaelyan 7 may 2021-ci il tarixdə, saat 3 radələrində Azərbaycanın dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib.

Daha sonra həmin şəxslər Azərbaycanın Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunan bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirib.

Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci (Qanunsuz silah əldə etmə), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə İ.Sarqsyanla V.Rafaelyan özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra prosesdə şahidlər dindirilib.

Şahid qismində ifadə verən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Şahin Abdulhüseynov söyləyib ki, həmin gün xidmətdə döyüş növbətçisi olub: "Mayın 27-si döyüş mövqeyində fəallıq aşkar olundu. Həmin gün bütün döyüş mövqelərə ayıq-sayıq olma əmri verildi. Verilən məlumata görə, düşmən tərəfindən 6-8 nəfər bizim ara boşluğu istiqamətində döyüş mövqelərimizə tərəf gəlirlər. Dərhal yanımızdakı ehtiyat qüvvə qaldırıldı və həmin ərazi gecəgörmə cihazı vasitəsilə müəyyən olundu ki düşmən tərəfdən irəliləyiş var. Təminat yolu üzərində 4 ədəd tank, 20 ədəd piyada əleyhinə mina və 4-5 metr uzunluğunda olan tikanlı məftil aşkarladıq. Onlardan 2 tank əleyhinə mina basdırılmışdı, digər 2-sini isə basdırmaq üçün yer qazılmışdı, 20 ədəd piyada əleyhinə mina isə bellərində idi. Onların məqsədi o idi ki, postlarımıza gedən yeganə təminat yolumuzu minalamaq və hücuma keçmək. Həmin şəxslərin üzərində silahı, zirehli gödəkçəsi və kaska da var idi".

Müdafiə Nazirliyinin digər hərbi qulluqçusu Hüseyn Həsənov da şahid qismində dindirilib. Onun sözlərinə görə, mayın 27-də gecə döyüş növbətçiliyi tərəfindən verilən məlumata əsasən, düşmən tərəfdən canlanma olub: 

"Həqiqətən də məlum oldu ki, düşmənin diversiya qrupu biz tərəfə gəlir. Dərhal taborun ehtiyat qüvvələrini əraziyə cəlb etdik və düşmənin diversiya qrupu aşkar edildi. Düşmənin üzərində "Ak-74" markalı avtomat, zirehli gödəkcə və dolu patron götürdük, onları tərkisilah edərək basırdıqları minalı ərazi təmizləndi. Onlar dövlət sərhədindən 150-200 metr bizim əraziyə keçmişdilər".

Təqsirləndirilən İ.Sarqsyan ifadəsində deyib ki, 2021-ci ilin may ayının 24-də Sisyana yola düşmək üçün komandanlıqdan əmr alınıb: 

"Biz XTQ 022-nin əsgəri olmuşuq. Bir gün sonra isə əmr gəldi ki, ərazidə kəşfiyyat edək, yolları bağlayaq, minalayaq və tikanlı məftillər çəkək. Minaların basdırıldığı ərazilərin şəkillərini çəkmək əmri verilmişdi. Bizə demişdilər ki, Azərbaycanın təminat yolunu bağlamaq lazımdı. Əməliyyatımıza Bakı-Tiflis-Ceyhan neft kəmərini partlatmaq daxil idi. Planımı da elə qurmuşdum ki, insan tələfatı olmasın. Sonra gördük ki, Azərbaycan əsgərləri gəldi, xəbərdarlıq atəşi açdılar".

Digər təqsirləndirilən V.Rafaelyan ifadəsində bildirib ki, mayın 26-da komandirlərlə birlikdə Basarkeçə gəliblər:

"Mən komandirin əmri ilə xüsusi təyinatlara qoşuldum. Rəhbərim isə İşxan təyin edildi. Göstəriş verildi ki, tikanlı məftilləri özümlə götürdüm. Əraziyə 3 tank əleyhinə mina və 20 piyada əleyhinə minanı daşıdım. İşxanın əmrinə tabe olmalıydım. Gecə Kəlbəcər rayonuna daxil olduq. Biz İsxanın arxasınca gedirdik. Minaları basdırmaq üçün İşxandan əmr aldıq. Minaları yaxşı örtə bilmədik, təpəcik görünürdü. Bu zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları bizə yaxınlaşdı və tərkisilah edildik, təslim olduq".

Məhkəmə prosesi yanvarın 24-də davam etdiriləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR