Ermənilər Gorus-Qafan yolunda Azərbaycana nə qədər rüsum ödəyirlər? - SƏNƏD
11 yanvar, 2022 12:37
Erməni iş adamları İrana getmək üçün azərbaycanlılara gömrük rüsumu ödəyirlər.
Bu barədə məlumatı ermənilərin “Joğovurd” qəzeti yazıb.
Məlumata görə, İrana yük aparan erməni iş adamları Gorus-Qafan yolundan istifadə edərkən Azərbaycana məxsus gömrük məntəqəsindən də keçməyə məcbur olurlar.
Bu zaman erməni iş adamlarının mallarını daşıyan TIR-ların fars mənşəli sürücüləri Gorus-Qafan yolundakı Azərbaycana məxsus gömrük məntəqəsində 130 dollar rüsum ödəməli olurlar.
“Joğovurd” qəzeti gömrük məntəqəsindən sürücülərə verilən çekin şəklini də dərc edib.