Malik Babayev Beynəlxalq Bankın pulları hesabına təmir etdirdiyi oteli satır - Bəs qaytarılmayan kreditin taleyi necə olacaq?

13 yanvar, 2022 10:12

Rusiyanın Peterburq şəhərində Dövlət Ermitajının rəsmi oteli olan “The Hermitage Hotel” 2,7 milyard rubl start qiyməti olmaqla hərracdan satışa çıxarılır. 

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “Torgi-ru” resursu bildirir.

Şəhərin mərkəzində, Pravda küçəsində yerləşən otelin ümumi sahəsi 11 min 419 kvadratmetrdir, səkkiz mərtəbəlidir və yerləşdiyi torpaq sahəsi ilə birlikdə satılır. Hərrac yanvarın 26-na təyin edilib.

Otelin mülkiyyətçisi “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC-dir. Bu cəmiyyətin səhmlərinin 70 faizi Azərbaycan vətəndaşına, qalan 30 faizi Rusiya vətəndaşına məxsusdur. Otel 2013-cü ildə Azərbaycan Beynəlxalq Bankından ayrılan on milyonlarla dollar kredit hesabına əsaslı təmir edilmişdi. Lakin həmin kredit qaytarılmayıb və Azərbaycan Beynəlxalq Bankı “Beynəlxalq Baltik İnvestisiya Şirkəti” ASC barəsində üç dəfə müflisləşmə iddiası qaldırmağa cəhd edib. Lakin məhkəmə iddiaları təmin etməyib.

"Azsiyaset" virtualaz.org-a istinadla qeyd edir ki, “The Hermitage Hotel”lə bağlı mübahisələr illərdir davam edir. Otelin əsas mülkiyyətçisi olan həmin Azərbaycan vətəndaşının adı Malik Babayevdir. Malik Babayev oteli daha əvvəlki sahibindən - qida sənayesi işçilərinin Mədəniyyət evindən 4,1 milyon dollara almışdı. Və Peterburqdakı məşhur Ermitajla anlaşaraq muzeyin adının otelin adı kimi istifadə edilməsinə razılıq alıb, əvəzində muzeyə müəyyən məbləğ ödəməyə razılaşıb.

O, sovet dövründə məşhur olan, ancaq sonradan baxımsız vəziyyətə düşən uçuq-sökük oteli aldıqdan sonra binanı restavrasiya etmək üçün Azərbaycan Beynəlxalq Bankından illik 12 faiz olmaqla dollarla kredit götürüb. Babayevin bankdan nə qədər kredit götürdüyü məlum deyil. Ancaq ekspertlər hesab edir ki, binanın restavrasiyasına və təmirinə azı 35-40 milyon dollar xərclənib.

Lakin bu kredit geri qaytarılmayıb və  Azərbaycan  Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən mülkiyyətə həbs qoyulmasına dair məhkəmə iddiası qaldırılıb.. Bankdan o zaman  bildiriblər ki, Babayevin şirkəti borc öhdəliklərini yerinə yetirmək istəmir. Borcun ödənilməsi xeyli müddət gecikdiyinə görə bank Babayevin girov qoyduğu əmlakı - oteli müsadirə etmək üçün iddia qaldırıb.

Malik Babayev Peterburqda daşınmaz əmlak sahəsinə investisiya qoyan biznesmendir. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin biznes-kompanyonlarından hesab olunurdu. "Beynəlxalq Baltik İnvestisiya Şirkəti"ni onunla birlikdə “MBA-Moskva” təsis etmişdi.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR