"Atəşgah Sığorta"-nın "atəşli" səyahət sığortası - Xaricdə "Covid"ə yoluxmuş xəstəyə sığorta haqqı niyə ödənilmir?

15 yanvar, 2022 14:27

Azərbaycanda vətəndaşlar hələ də sığorta şirkətlərinə bir o qədər etibar etmir və bunu şərtləndirən çoxsaylı səbəblər var. Bunların arasında əksər sığorta şirkətlərinin müştərilər qarşısında götürdükləri öhdəlikləri müxtəlif bəhanələrlə yerinə yetirməmək üçün “dəridən-qabıqdan çıxması” birinci sırada durur.

“Azsiyaset" xəbər verir ki, azpolitika.info-ya “Atəşgah Sığorta” ilə bağlı daxil olan şikayətdə sözügedən şirkətin öz sığorta öhdəliyindən yayındığı bildirilir. Şikayətçi Cəlal Babayev yazır ki, bir müddət əvvəl ”Atəşgah Sığorta”nın Ali Məhkəmənin yaxınlığındakı ofisində özünə aid 4 avtomobili kasqo sığortası etdirib: “Həmin vaxt iki nəfər gənc oğlanın yandakı əməkdaşla səyahət sığortası etdirmək barədə danışdıqlarını eşitdim. Deyəsən, Meksikaya gedirdilər. Özüm də düşündüm ki, mən bir dəfə də harasa səfər edəndə səyahət sığortası etdirməmişəm. Niyədə etməyim?”

C.Babayev həmin gün özünü və onunla səfərə hazırlaşan dostlarını sözügedən şirkətdə sığorta etdirib və yollanıblar səfərə: “2022-ci ilin yanvar ayının 4-ü yollandıq Ukraynanın Kiyev şəhərinə. Məlum oldu ki, sığorta sən demə, Ukrayna qanunlarına görə məcburi imiş. Sığortasız səni nəinki Ukraynaya,heç təyyarəyə belə buraxmırlar. Geri dönüşdə Azərbaycan Respublikası bizdən “Covid 19” PCR testi istəyir ki, ölkəyə yeni yoluxma gəlməsin. Biz də 11.01.2022-ci il saat 13:38-də test verdik. Nəticə dostlarımda neqativ məndə isə pozitiv göstərdi. Heç bir narahatedici hal hiss etmirdim. Dost-tanışlardan eşitdiyimə görə, bəzən testlərdə yanlışlar olur. Yenidən başqa bir yerdə, daha müasir imkanları olan bir kilinikada test etdirdim. Bu dəfə neqativ göstərdi.”

Ancaq hava limanında və təyyarədə C.Babayevin halı pisləşib: “ Təyyarəmiz Ukrayna vaxtı ilə 20:00-da havaya qalxmalı idi. Hava limanına daxil olarkən girişdə qızdırmam 36.9 göstərirdi və hər şey qaydasında idi. Hansısa səbəbdən təyyarə reysi 22:00-a dəyişdi. Təyyarəyə minməyə 1 saat qalmış məni bərk üşütmə tutdu. Dostlarım gözləmə zalının biraz soyuq olduğunu səbəb gətirərək narahat olmağa əsas olmadığını söylədilər. 22:00-da uçmalı olan təyyarə saat 23:15- də havaya qalxdı. Elə bu səbəbdən də Bakıya gec çatdıq. Bakıya catmağa 1 saat qalmış məni dözülməz üşütmə, sümük ağrıları, baş ağrısı, nəfəs darlığı tutdu. Təcili təyyarə bələdçisinə xəbər etdik. Qızdırmam 39 dərəcə. Pilota xəbər verildi. Bakıda Heydər Əliyev Beynəlxalq Hava limanında məni həkimlər qarşıladı. Təcili olaraq analiz verməyim tövsiyyə edildi.”

Bu vaxt “Atəşgah Sığorta”-nın müştərisi olan Babayev sözügedən şirkətə müraciət etmək qərarına gəlib: “Gələk əsas mövzuya. Axı mənim sığortam var. “Atəşgah”-dan “atəş kimi” sığortam! Sığorta şərtlərində səfər zamanı “Covid 19”-a yoluxarsam, tibbi xərclər üçün 1500 avro pul təzminatı var. Səhəd nəzarətini tərk etməmiş tez zəng etdim sığortada göstərilən nömrəyə - Türkiyəyə. Biraz danışıb məsələni izah etdim və məndən “Whatsapp” vasitəsi ilə sənədləri istədilər. Biraz sonra Bakıda yerləşən “İstanbul NS” klinikasına getməmi istədilər. Şərtlərə əsasən azadolma məbləği var, onu mən ödəməliyəm - 30 dollar. Onu da razılaşdıq. Hava limanından birbaşa klinikaya gəldim. Mühafizəçi laboratoriyanın saat 09:00-da açılacağını dedi. Bu səbəbdən heç bir yerə ayrılmadan, yorğun-arğın, qızdırmalı halda oradaca gözlədim. 09:00-da öz hesabıma 60 azn ödəyərək qandan analiz verdim və bu vaxt mənə Türkiyədən cavab gəldi ki, bəs “Atəşgah Sığorta” ödənişdən imtina edir. Səbəb isə artıq Bakıda olmağım və sığortanın artıq keçərsiz olduğudur. Mən isə bir daha əmin olmaq üçün getdim “Ege hospital”a. Saat 10:26-da orda test verdim. Buarada “Atəşgah Sığorta”nın baş ofisinə gedib, şikayət etmək istədim.

Qeydiyyatdakı qız bir nəfərə zəng edərək nəsə danışdı və başladı ki,“ay müəllim, axı siz kovid xəstəsisiniz, nə haqla bura gəlirsiniz?” Həmin qız dedi ki, biz klinikaya zəng etdik, sizdə artıq "Covid"in simptomları var. Halbuki, cəmi 30 dəqiqə öncə analiz vermişəm. Həmçinin, bəs, kovidəmsə, niyə sığorta ödənişindən imtina edilir? Sualıma cavab tapmaq üçün 949-a zəng edib maraqlanmamı məsləhət bildilər. Testin nəticəsi göstərdi ki, mən həqiqətən də qızın dediyi kimi aktiv kovid xəstəsiyəm. 949-a zəng etdim. Yenə də təkidlə mənə “sığorta yalnız xaricdə keçərlidir” dedilər. İzah edə bilmirəm ki, mən xaricdə yoluxmuşam, burada yox!”.

Şikayətçi sığorta şirkətinin ona qarşı qanunsuzluq etdiyini və onu aldatdığını iddia edərək, şirkətin sığorta ödənişindən yayındığını bildirir və “Atəşgah Sığorta”-dan hüquqi yollarla haqqını tələb edəcəyini qeyd edir.

“Atəşgah Sığorta”-nın da mövqeyini dərc etməyə hazırıq(azpolitika.info). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR