Deputat namaza başlayan sabiq icra başçısı haqda - "İbadət etmək o şəxslə Allahın arasında münasibətdir"

15 yanvar, 2022 15:17

Xəbər verdiyimiz kimi, Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov  saxlandığı təcridxanada  namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir. Qeyd edək ki, Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə, təkrar, külli miqdarda rüşvət alma maddələri ilə ittiham edilirdi.

Sabiq icra başçısının namaz qılma məsələsinə münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev Demokrat.az-a açıqlamasında bildirib ki, tövbə qapısı hər zaman açıqdır, istər günahkar, istər günahsız ol, istərsə də, pis və ya yaxşı adam ol: 

“Namaz qılmaq, ibadət etmək o şəxslə Allahın arasında olan münasibətdir. Bu münasibətin onun ictimai nüfuzuna, ictimai, siyasi, dövlət vəzifəsi fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Bununla bərabər, heç kimi də namaz qıldığına görə, nə günahlandırmaq, nə də günahlandırmamaq olmaz. İstənilən halda, bunun da özü yaxşı haldır ki, hər hansı bir günahlandırılan şəxs açıq tövbə qapısından istifadə edib və namaz qılmağa başlayıb, ibadət edir. Demək ki, bunun bir neçə səbəbi ola bilər. Birinci səbəb o ola bilər ki, insan günahını anlayır və Allahdan bağışlanmaq istəyir. İkincisi, insan dara düşəndə həmişə Allahı çağırıır, Allaha pənah gətirir, bu da gözəl bir hissdir. Üçüncü də, ola bilsin ki, insanlar, günahı olanlar, həbsxanada olanlar tək qalır, zamanları çox olur. Düşünə bilirlər, keçmişi-gələcəyi, etdikləri səhvi, pislikləri və yaxşılıqları və buna uyğun da qərarlarını verə bilirlər, yəni düşünmək imkanları çox olduğuna görə, bəzən də düzgün qərar verə bilirlər. Təbii ki, günahlarının bağışlanmasını istəyirlər. İstənilən halda, hesab edirəm ki, dövlət vəzifəsində çalışan bir şəxs vəzifədə olduğu müddətdə gərək yaxşılıqlar eləsin, insanların yanında dayansın, vətəndaşlarını, ölkəsini, dövlətini sevsin. Sabah da onun başına belə bir iş gələndə, insanlar onu müdafiə eləsinlər, atasına rəhmət oxusunlar, "sağ ol" desinlər. Bax vacib olan budur. Çünki hər insan bu dünyadan 3-4 metr ağdan başqa heç nə aparmır. Boşuna deyilməyib ki, “Sultan Süleymana qalmayan dünya kimə qalacaq ki?”. Ancaq yaxşılıqlar, qanunlar qalır. Etdiyi yaxşılıqlar da, pisliklər də unudulmur. O baxımdan mən ümumiyyətlə, bütün vəzifədən olan şəxslərin vəzifələrini doğru-dürüst yerinə yetirmələrini istərdim”. 

R.Nurullayev əlavə edib ki, hər kəsi günahlandırmaq çox asandır: 

“Bəzən mən öz-özümə düşünürəm ki, insanları günahlandırmaq, onları həbs etmək, onlara müxtəlif yarlıqlar asmaq çox asandır. Amma bunun dərinliklərinə də hərdən baxmaq lazımdır ki, icra başçıları son zamanlara qədər hansı prinsiplərlə təyin olunurdu? İcra başçısından böyük miqdarda, külli miqdarda rüşvət alınırdı və onlar vəzifəyə təyin olunurdular. Təbii ki, o icra başçısı da verdiyi pulu birinci növbədə çıxartmaq istəyir. Əgər pulla o, vəzifəyə getmişdisə, demək ki, o, vəzifəni almışdı və bundan varlanmaq üçün istifadə edəcəkdi. Bunun üçün heç də təəccüblənmək lazım deyil. O baxımdan, bütün həbs olunanları da birmənalı olaraq Azərbaycanın bütün problemlərində ancaq onları günahlandırmaq, onları qaralamağı da düzgün saymıram. Əgər bu gün bütün vəzifəli şəxslərə qanuni hərf yeyən tətbiq etsən, gərək 90-95 faiz hamı getsin həbsxanaya. Onun üçün cəmiyyətdə bərabər ədalət pərdəsi qurmaq və qanunu hər kəsə bərabər şəkildə təmin etmək lazımdır. Yoxsa 4-5 nəfəri həbs elə, sonra da onları qarala və bütün Azərbaycanın problemlərini də onların üstünə yıx, sonra da bunları ver şirin, pələngin ağzına ki, parçalayın. Bunu da doğru saymıram”.  

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"