"Zəfər Yolu" iki dildə çap olunub - FOTOLAR

15 yanvar, 2022 15:23

“Zəfər Yolu” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunub.

Bu barədə baki-xeber.com-a kitabın həmmüəllifi Vüqar Şahinoğlu məlumat verib.

Kitabın giriş hissəsində Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuzun parlaq qələbəsindən və xalqımızın 44 günlük savaş ərzində neçə birlik nümayiş etdirməsindən danışılır, “Zəfər yolu” adlı bu kitap zəfərdən bəhs edir. 30 il torpaq həsrəti ilə yaşayan bütün azərbaycanlılar bu zəfəri, bu sevinci gözləyirdi. Bizim savaş haqq savaşı idi. Ali baş komandanımız, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət, Azərbaycanın müzəffər ordusunun şücaəti, cəsarəti sayəsində torpaqlarımız işğaldan azad olundu, 44 günlük mücadiləmiz qələbə ilə nəticələndi. Qalibiyyətimizin sevinci bu kitabda tərənnüm olunub. 

Qeyd edək ki, kitabın müəllifləri Azərbaycan Yazıçılar birliyinin üzvü, prezident təqaüdçüsü tanınmış yazar İradə Əlili və müstəqil jurnalist Vüqar Şahinoğludur. Burada 15-ə qədər Qarabağdan olan məcburi köçkün olmuş tanınmış media və ictimaiyyət nümayəndələrinin, o cümlədən digər peşə sahiblərinin işğaldan azad edilmiş torpaqlar haqqında fikirləri öyrənilib, müsahibələr hazırlanıb. Kitabın ön sözünü Cəbrayıldan seçilən millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Kitabın redaktoru Əməkdar jurnalist Elnarə Dərziyeva, məsləhətçiləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının əməkdaşı Azadə Novruzova, Niderland-Belçika koordinasiya şurasının əlaqələndirici üzvü İlkanə Yusifova, tərcüməçi Xəyalə Qurbanova, korrektorlar Səadət Tanrıverdiyeva, Ləman Bağırlı, Dizayneri Leyla Babazadədir. Kitabın, istisna hal baş verməzsə, təqdimat mərasiminin 2022-ci ilin ilk ayında Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır.

Həmçinin "Zəfər Yolu" kitabının yaxın zamanlarda Türkiyə türkcəsində dərc edilməsi gerçəkləşəcək. Nəşri Türkiyə türkcəsinə çevirən isə Bakı Dövlət Universitetinin müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Ələkbərovadır. 

Kitab satış üçün nəzərdə tutulmayıb, aidiyyəti üzrə dövlət qurumlarına, Azərbaycanın xarici ölkədəki səfirliklərinə, diaspor təşkilatlarına təqdim ediləcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR