Qazaxıstanda qanlı yanvar dəhşətləri: Öldürülənlərin sayı 1000-i keçə bilər - İnsanlar morqlarda yaxınlarını axtarır

16 yanvar, 2022 11:49

Qazaxıstanda qanlı yanvar hadisələri zamanı öldürülənlərin dəqiq sayı hələ də məlum deyil.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, ötən gün ölkənin Baş prokurorluğu bu hadisələr zamanı aralarında mülki sakinlər də olmaqla ən azı 225 nəfərin öldüyünün təsdiqləndiyini açıqlayıb. Baş prokurorluq öldürülənlərin əksəriyyətinin “silahlı quldurlar və terrorçular” olduğunu bildirir, lakin onların arasında südəmər körpəsini əmizdirərkən güllələnən gənc qadın, pensiyaçı ər-arvad, aptekdən dərman almaq üçün çıxan hadisələrə heç bir aidiyyatı olmayan sakin və digərləri var. 

“Bu günə olan məlumata görə 4 578 zərərçəkən təsbit edilib, onlardan 4 353-ü yaralıdır, o cümlədən güc strukturlarının 3 393 əməkdaşı xəsarət alıb. Hadisələr zamanı ölkə morqlarına 225 nəfərin meyitləri gətirilib. Onlardan bir hissəsi terror aktlarında iştirak edən, dövlət binalarına və asayiş keşikçilərinə hücum edən silahlı quldurlardır. Ölənlər arasında 19 polis və hərbçi var. Təəssüf ki, terrorçuluq aktlarının qurbanları arasında dinc sakinlər də yer alır”, - Baş prokurorluq  bildirir.

Lakin öldürülənlərin sayının dəfələrlə çox olduğu şübhə doğurmur və onların əksəriyyəti dinc sakinlərdir. Məsələn, Çimkənt xəstəxanalarından birinin morquna təkcə yanvarın 6-da ən azı 26 meyit gətirilib. Alma-Ata morqlarında isə nə qədər meyit qaldığı hələ də məlum deyil. Ölkə üzrə öldürülənlərin sayının 1000-dən çox olduğu bildirilir. Həbs edilənlərin sayı isə 10 mini keçib. Həbs edilənlərə polis idarələrində kütləvi şəkildə işgəncələr verirlər, işgəncələrə dözməyib ölənlər var. Son günlər hüquq-mühafizə orqanları jurnalistləri və bloggerləri, o cümlədən baş verən hadisələrə dair postlar və videolar paylaşan sosial şəbəkə istifadəçilərini də həbs edir.

Yüzlərlə adam itkin düşmüş hesab edilir, sosial şəbəkələrdə itkin düşənlərin siyahısı yerləşdirilib və bu siyahı hər gün genişlənir. Son məlumatlara görə itkin düşənlərin siyahısında 400-dən çox ad-soyad yer alır.

Öldürülənlərdən biri vətəndaş cəmiyyəti fəalı Darxan Ualiyevin qardaşı Aslan Ualiyevdir. Darxan “Azadlıq” radiosunun qazax xidmətinə deyib ki, onun qardaşı heç vaxt mitinqdə iştirak etməyib, taksi fəaliyyəti ilə məşğul idi və yanvarın 5-də təsadüfən Alma-Atanın mərkəzi meydanında olub, daha sonra onunla əlaqə kəsilib. Yanvarın 10-da Aslanın meyitini morqdan tapıblar, bədənində bir neçə güllə yeri olub. “Ola bilsin o hansısa müştərini şəhərin mərkəzi meydanına aparıb və orada öldürülüb. Meyitini günlərlə axtardıq. Məlum oldu ki, morqlardan meyitlərin bir qismini  zirzəmilərdə gizlədiblər”, - Darxan bildirir.

Xatırladaq ki, şahidlər yanvarın 6-da axşam Alma-Atanın mərkəzi meydanına toplaşanlara rus dilində danışan və tanınma nişanları olmayan hərbçilərin atəş açdığını demişdi. Ehtimal edilir ki, bunlar KTMT kontingentindən bir neçə saat əvvəl şəhərə yeridilən Rusiya GRU xüsusi təyinatlıları və Vagner muzdluları olublar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR