"Olympus Park" türk iş adamlarını necə aldadır? - ŞOK İDDİA

18 yanvar, 2022 18:45

“Olympus” park tikinti şirkəti xarakterik fırıldaq piramidası qurub. Belə ki, şirkətin daxilində qurulan piramida şəbəkəsinin fəaliyyəti iş adamlarını aldadılmasına və onların sərmayələrinin mənsimsənilməsinə  yönəlib. 

Bu barədə Demokrat.az-a daxil olan məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, “Olympus park”da piramida şəbəkəsinin başında şirkətin rəhbəri Rafael Qarayev dayanır. İndiyə qədər 37-dən çox ortağı olan “Olympus park” şirkətinə tanınmış iş adamları aldadılaraq cəlb edilib. Eyni zamanda “Olympus park” şirkətinin müxtəlif fırıldaq əməllərlə işə cəlb etdiyi şəxslər içərisində xeyli sayda türk iş adamları da var. 

Şirkətin ölkə üzrə həyata keçirdiyi layihələr ciddi risklər formalaşdırır. Belə ki, “Olympus park” şirkətinin qeyri-qanuni addımları nəticəsində ölkədə xeyli sayda narazı insanların təbəqəsi formalaşıb. Narazı, aldadılan insanların hüquqlarının təmin edilməməsi R.Qarayevin qol-qanadını daha da açır. O, özünün geniş əlaqələrindən və maddi imkanalrından istifadə edərək vətəndaşlarla dövlət arasında dərin çat yaradır. 

Şirkətinin “28 May” ünvanındakı apardığı tikinti işləri zamanı ağacları kəsməsi də redaksiyamıza daxil olan məlumatların sırasındadır. Hətta buna görə şirkətə cinayət işi açılıb. Bunu sübut edən rəsmi sənədlər də var. Məsələ bundadır ki, Nərimanov layihəsi ilə bağlı da şirkətə cinayət işi açılıb. Çünki şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan söküb və bu günə qədər razılıq əldə edilməyib. Bunu sübut edən məhkəmə qərarı var.
Xətai rayonunda kompleks tikilən zaman “Lider” idman klubu qanunsuz olaraq sökülüb və sahibinə aid əşyalar dağıdılıb. Bu hadisə ciddi ictimai müzakirələrə də səbəb olmuşdu. 

İddia olunur ki,şirkətin 7-ci mikrorayondakı tikinti ərazisində apardığı işlərlə bağlı azərbaycanlı kemiş bankir və Türkiyənin məşhur iş adamlarından biri də aldadılıb. Belə ki, bu şəxslərin pulları alınıb, mənimsənilib. 

Göründüyü kimi, “Olympus park” şirkətinin Bakının müxtəlif rayonlarında reallaşdırdığı heç bir layihə uğurla nəticələnmir. Nəticədə ya insanların hüquqları tapdalanır, ya iş adamları aldadılır. 

Çapayev ərazisində pilot layihədə sakinlər hələ də süründürülür, etirazları dəfələrlə mətbuatda dərc olunub. “Kubinka” deyilən ərazidə də  oxşar hal yaşanır. Dolandırıcılıq, küllü miqdarda pul mənimsəmə, qoçuluq və s.

“Olympus park” şirkətinin qanunsuz addımları o həddə açtıb ki, Badamdar ərazisindəki tikinti işlərini məhkəmə dayandırıb. Məhkəmə qarşı tərəfin lehinə qərar çıxarıb və nəticədə R.Qarayev uduzub. 
Əslində şirkət tamamilə çöküb. Ancaq qurulan piramida şəbəkəsi sayəsində özünü sağlam göstərməyə çalışır. Fakt budur ki, şirkətin bütün layihələrində işlər dayanıb. 

Rəfael Qarayev məşhur iş adamına külli miqdarda pul “atıb”

Məsələ ilə bağlı iş adamı Hacı İbrahim Nehrəmli ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, bəli, həqiqətən də Rafael Qarayevin mənə borcu var:

"Bəli, həqiqətən də Rafael Qarayev bizə aid olan şirkətin ona satılması üçün müraciət etmişdi. Və belə razılaşdıq ki, şirkətin 50 faizini ona verək. O, ilkin 50 faizin ödənişlərini problemsiz icra etdi. İkinci 50 faizi isə ödəniş olmadan bizdən istədi və kişi sözü verdi ki, pulu vaxtında odəyəcək. Bundan sonra isə onunla əlaqə saxlamaq mümkün olmadı. Telefon zənglərimizə cavab vermədi. İndi də təsisçilərimiz ondan şikayətçidir. Pullarını geri alıb-almayacağı hələ ki sual altındadır. Hamı kimi mən də eşidirəm ki, Rafael Qarayevlə bağlı şikayətlər var, onun çoxsaylı şərikləri ilə olan münaqişəsini mən də eşitmişəm. Amma işin içərisində olmadığım üçün dəqiq bir söz deyə bilmirəm. Ancaq bu cür hərəkətləri iş adamına yaraşdırmıram".

Hacı İbrahim Nehrəmli Rafael Qarayevin siyasətə qoşulması və siyasi partiya yaratmaq istəyi ilə bağlı iddialara da münasibət bildirib: 

"Mən nə deyə bilərəm?! Bir adamın ki, ağlı başında və çoxlu pulu ola, həm də xeyli məmur şərikləri ola, adam niyə siyasi fikrə düşməsin ki. Əlbəttə ki, düşəcək. İndiyədək məni bu həyatda heç kim aldada bilməyib. Əgər bu adam məni aldada bilibsə, inanıram ki, çox "qabağa" gedəcək. Piramidanın hansı nöqtəsində yıxılacaqsa, onu deyə bilmərəm. Amma mən bilirəm ki, adam siyasi ambisiyalarla yaşayır. Bu gedişatla ona da nail olacaq".

R.Qarayevin Ukraynanın Kiyev şəhərinə qaçdığı ilə bağlı sensasion məlumat da əldə etmişik. Deyilənə görə iş adamlarını dolandıran şirkət rəhbəri yatırımı xarici ölkəyə etməyi düşünür. 


Məsələni diqqətdə saxlayacağıq...

AZSİYASET.COM

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR