Ermənistan sülh müqaviləsinə hazırlanır - Sənəd bu il imzalana bilər

19 yanvar, 2022 10:07

Terror təhdidi ilə üzləşən Paşinyanın öz xalqının tarixinə “müdrik və xilaskar lider” kimi düşmək şansı var; Bakı və Ankara böyük sülh naminə ona “qızıl fürsətlər” də tanıya bilər...

Türkiyə və Ermənistan arasında barışığa doğru ilk addım atılan kimi kapitulyant ölkədə radikal-revanşist qüvvələr bir az da baş qaldırıb və hərəkətə keçib. Gözlənilən idi. Çünki onların “çörəyi” düşmənçilikdən, qətl-qırğınlardan çıxır, öz xalqının qonşularla əmin-amanlıq şəraitində, əməkdaşlıq içində yaşamasından yox.

Təsadüfi deyil ki, Ankara-İrəvan dialoqunun ilk raundunda Ermənistanı təmsil eləmiş xüsusi nümayəndə, vitse-spiker Ruben Rubinyena qarşı təzyiqlər artıb. Təzədən hədəfə gələn vitse-spikerə radikal müxalifət “Türk agenti” yarlığı yapışdırmağa başlayıb - hələ ortada heç bir sənəd, yazılı bəyannamə olmasa da. Bununla belə, Ermənistanda hakim qüvvə və onun parlamentdəki fraksiyası tərəfindən çətinliklə də olsa, ölkədə ictimai rəyin hazırlanmasına cəhdlər davam edir. 

*****

“İstənilən müharibədən sonra həmişə bəzi konvulsiyalar, əks hərəkətlər olur, müəyyən müddətdən sonra isə, emosionallıqdan asılı olaraq azalır, sıfıra enir. Hesab edirəm ki, qonşumuz Azərbaycanla mehriban münasibətlərin olması mümkündür”.

Bunu yanvarın 17-də yerli jurnalistlərə müsahibəsində parlamentdəki hakim “Mülki müqavilə” fraksiyasının üzvü, tanınmış biznesmen Xaçatur Sukiasyan deyib.

Sukiasyan xatırladıb ki, dünyanın bir çox yerində qonşu ölkələr bir-birinin ümumi daxili məhsulunda kifayət qədər böyük həcminə malikdir. “Əgər biz qonşularımızla ümumi daxili məhsulun yüksək faizinə sahib ola bilsək, bu, münasibətləri yaxşılaşdırmaq üçün yaxşı vasitə olacaq. Biz Azərbaycanla olan bu düşmənçiliyi övladlarımıza, gələcək nəsillərimizə ötürməyəcəyik”, - erməni deputat-biznesmen qeyd edib.

Onun əminliyinə görə, Türkiyə ilə münasibətlərin normallaşması ilk növbədə işsizlik problemini həll edə bilər: “Ermənistan regionda siyasətini sosial şəbəkələrin emosiyaları əsasında deyil, obyektiv reallıqlar əsasında qurmalıdır. Bizim qonşuluğumizda güclü ÜDM-i, müəyyən regional və iqtisadi təsiri olan dövlətlər var, bu reallıqdan uzaqlaşmaq mümkün deyil”.

O, skeptiklərin normallaşmanın əslində Türkiyənin iqtisadi ekspansiyasına və Ermənistanın böyük qonşusu tərəfindən “sovrulmasına” gətirib çıxaracağı fikrini bölüşmür və danışıqlar prosesində ölkə üçün risklərdən çox imkanlar görür...

*****

“Türkiyə və Azərbaycanla əlaqələrin normal hala gəlməsi Ermənistan siyasəti üçün epoxal hadisə olacaq. Nikol Paşinyan Ermənistanı zülmətdən çıxaran və onu qarşıdurmalardan regional əməkdaşlıq formatına keçirən dövlət başçısı kimi tarixə düşə bilər”.

Bunu isə Caliber.az-a müsahibəsində tanınmış rusiyalı politoloq Aleksey Naumv deyib.

Bu səbəbə onun fikrincə, Ermənistanda hazırkı hökumətə qarşı təxribatlar və təzyiqlər davam edəcək: “Lakin bu, istiqamət vektorunu dəyişdirə bilməyəcək. Düşünürəm ki, region ölkələrinin liderləri də Ermənistan baş nazirinin düşdüyü hazırkı vəziyyəti düzgün qiymətləndirəcəklər. Çünki Ermənistanın mühüm regional layihələrə cəlb olunması təkcə onun özü üçün yox, bütün region üçün faydalıdır. Regiona iqtisadi inteqrasiya Ermənistanın revanşist-radikallardan qurtulmasına gətirəcək. Ona görə ki, iqtisadiyyat həmişə revanşizmin ən güclü düşməni və əleyhdarıdır. Tarixdən də məlum olduğu kimi, insanlar anlayanda ki, dostluq eləmək daha sərfəlidir, onda düşmənçilikdən vaz keçirlər”.

Politoloq bu xüsusda hesab edir ki, Ermənistanda yeni müharibəyə və ya revanşa ümumxalq sifarişi yoxdur: “İnsanlar yaşamaq, ticarət etmək, uşaq böyütmək və s. istəyirlər. Odur ki, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin yaxşılaşması qaçılmazdır. Bakı və Ankaranın isə bu yöndə İrəvanı həvəsləndirməsinə dəyər ki, bu da əslində baş verir. Qalib tərəfin genişürəkliliyi sülh prosesinə heç vaxt mane olmayıb”.

Politoloq bir az da qabağa gedərək, güman edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkündür və sənəd elə bu il imzalana bilər. “Üstəlik, bu, Ermənistan dövlətinin müdrik lideri kimi Paşinyanın təntənəsi və bütün Cənubi Qafqaz üçün mühüm mərhələ ola bilər. Öz növbəsində Azərbaycan rəhbərliyi sülh sazişi imzalamağa hazır olduğunu dəfələrlə vurğulayıb. Ona görə də top indi Ermənistan tərəfdədir və ölkə rəhbərliyi müxalifətin və mürtəce revanşist dairələrin müqavimətini qırmalıdır. Mən ehtiyatla ümid edirəm ki, sülh sazişinin imzalanması bu il baş tutacaq. Görək”, - deyə o, fikrini nikbin notda tamamlayıb.

*****

Əlbəttə, çox şey erməni xalqının sülh və barışıq yönündə Paşinyan hökumətinə verəcəyi dəstəkdən, daha dəqiqi, nə dərəcədə onun arxasında duracağından asılı olacaq. Belə bir dəstəyi isə o, artıq bir dəfə - ötən ilin iyunundakı erkən parlament seçkilərində Nikolun partiyasını təzədən qalib eləməklə verib. Yəni dünyaya müharibə deyil, sülh istədiyi mesajını çatdırıb. Qalır indi bu istəyin reallaşması üçün cəmiyyətin gərəkən prinsipiallığı və qətiyyəti.

Baş nazir Nikol Paşinyana təzyiqlər isə şübhə yox ki, Bakı və Ankara ilə münasibətlər normallaşma rejiminə girdikcə daha da artacaq. O cümlədən varlı və sülh əleyhdarı erməni lobbisi tərəfindən. Ona qarşı fiziki terror da istisna edilmir. Hər necə olmasa, Ermənistanda hakimiyyət uğrunda mübarizədə terror üsullarından istifadə ənənəsi də var.

Bu mənada Bakı və Ankara yəqin ki, proseslərin gedişini diqqətlə izləyəcək və istisna deyil ki, böyük sülhün geridönməzliyi naminə hansısa mərhələdə Paşinyana “müalicəvi doza”da bəzi “qızıl fürsətlər” də tanınsın...(musavat.com)

Analitik xidmət,
“Yeni Müsavat”

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"