20 Yanvarda sovet ordusunu Bakıya Rəsizadə çağırıb? - Özü "yalandır" deyir, amma...

20 yanvar, 2022 22:17

“20 Yanvarda sovet ordusunu Bakıya dəvət etməyim barədə deyilənlər yalandır”.

"Azsiyaset" xəbər verir ki, bu sözləri mpdern.az-a verdiyi müsahibəsində Azərbaycanın sabiq baş naziri Artur Rəsizadə faciə ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, belə bir müraciət üçün heç səlahiyyəti də olmayıb:

“Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?!”

Sabiq baş nazir bildirib ki, SSRİ-də iqtisadi bloka məsul olan şəxslərin bu cür teleqramlar göndərməyə heç vaxt olmayıb:

“Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Əlbəttə yalandır…” -.

Qeyd edək ki, Artur Rəsizadənin Moskvaya teleqram vurduğu haqda ilk xəbər 1991-ci ildə "Azadlıq” qəzetində dərc olunduğu deyilir. Bu məlumatları internet resurslarından əldə etmək mümkündür.

Məlumatı qəzetin o zamankı redaktorlarından Surxay Hüseynli də "Facebook”dakı şərhlərində təsdiqləyib:

"Onda Nazirlər Sovetindən belə teleqramların olduğunu təsdiq etmişdilər. Bildirmişdilər ki, baş nazirin birinci müavini Artur Rəsizadənin imzası ilə Moskvaya 3 teleqram vurulub. Teleqramlarda qoşunların yerləşdirilməsi, ərzaqla təmin olunması və digər texniki məsələlərdən söhbət gedib. Əsas xətt ordunun Azərbaycan paytaxtına yeridərək sabitliyin təmin olunması idi”.

20 Yanvar faciəsi üzrə deputat -stintaq komissiyasında işçi qrupunun rəhbəri olmuş mərhum Səftər Nəhmədov da vaxtilə faktı təsdiqləyib. O deyib ki, əslində belə teleqramlar tək Artur Rəsizadənin imzasıyla getməyib, o vaxt komissiya bu hadisələri araşdıranda üzə çıxıb ki, yanvarın 13-dən sonra bütün dövlət qurumlarına tapşırılıbmış ki, kömək üçün Moskvaya müraciət etsinlər. "Bu, tamamilə həqiqətdir. İndi ola bilər ki, həmin şifrəli teleqramlar Moskvada olduğuna görə heç kim bunu boynuna almasın, amma biz o dövrdə komissiyada işləyəndə rayonların hamısına sorğu göndərmişdik. Və belə bir fakt ortalığa çıxmışdı”.

1992-ci ildə AXC hakimiyyətə gələndən sonra Nazirlər Kabinetində aparat rəhbəri vəzifəsində çalışan, ABŞ-da mühacir həyatı yaşayan Ramiz Yunus isə Meydan TV-yə deyib ki, o, Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı həmin ilin avqustunda görüb:

"Baş nazir Rəhim Hüseynov idi. Aparat rəhbəri olduğumdan bütün şöbələrlə bərabər məxfi şöbə də mənə tabe idi. 20 Yanvar faciəsi ilə əlaqədar Respublika Prokurorluğunda istintaq komissiyası yaradılmışdı, AXC hakimiyyətə bir neçə ay idi gəlmişdi və hadisənin istintaqı yenilənmişdi. Bütün detallar araşdırılırdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı dövlət katibi Midhət Abbasovun sədrliyi ilə yaradılan komissiya fəaliyyətdə idi. Elə vəziyyət yaranmışdı ki, əsas sənədlər Nazirlər Kabinetində idi və dövlət müşaviri İxtiyar Şirinov məndən xahiş etdi ki, istintaqa yardım edim.

İstintaqın nümayəndələri Nazirlər Kabinetinə gəlib gərəkli sənədləri istəmişdilər. Həmin müstəntiqlərdən birinin adı Məzahir idi. Digər sənədlərlə birgə Artur Rasizadənin Moskvaya göndərdiyi teleqramı da aktlaşdırıb müstəntiqlərə təqdim etdim. Əslində, həmin sənəd teleqram yox, "şifrəli teleqram” adlanır, "şifroqramma” deyilir. Xüsusi poçtla göndərildiyindən hər adam oxuya bilmirdi”. 

Ramiz Yunus deyib ki, istintaq uzandığından Artur Rasızadənin həbs olunması məsələsi gündəmə gəlmədi. Hakimiyyət dəyişəndən sonra isə bu məsələ gündəmdən çıxdı.

Ramiz Yunus teleqramı oxuduğunu təsdiqləyib: "Təbii ki, sənəd rus dilində idi və Rəsizadənin imzası vardı. Teleqramın məzmunu təxminən belə idi: "Bakı şəhərində Sovet İttifaqının əleyhinə təxribatlar aparılır və bu, SSRİ-yə qarşı ideoloji hərəkatı gücləndirib. Gedişat respublikada sovet hakimiyyətinin çökməsi təhlükəsini yaradıb. Azərbaycan rəhbərliyi tərəfindən xahiş edirik, situasiyanı sabitləşdirmək üçün hərbi heyət göndərəsiniz, əks təqdirdə hakimiyyət təxribatçıların əlinə keçəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR