Qüdrətsizlər...

20 yanvar, 2022 22:38

Bir neçə ay öncə Demokrat.az saytında Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin dostu və biznes şəriki Oqtay adlı biri ilə bağlı yazmışdıq. Məmləkətdə minnətçi adam qalmadı ki, üstümüzə saldılar, amma peşə etikasını əsas gətirərək qarşı tərəfdən mövqe istədik. Vemədilər, çünki mövqesizdirlər... 

İndi isə ayılıb saytın rəhbəri Vasif Həsənlini məhkəməyə veriblər – özü də xüsusi ittiham qaydasında. Deputat birbaşa etməsə də, öz adamı vasitəsilə qisas alır.

Böyük hisslərlə yaşaya bilməyənlər həmişə xırda qisasçılıq kimi primitiv hisslərinin girovuna çevrilirlər. Bu, tarixən belə olub və təfəkkürü Nuh əyyamından qalanlara xas əlamətdir... 

Ən qəribəsi odur ki, özünü böyük idealların ardıcılı sayanların da tez-tez mövqeyini dəyişdiyini, o səngərdən bu səngərə tullandığını gördük. 

Onu da gördük ki, onların içində özlərinin təhlükəli və zərərli keçmişlərinə gizli bir sevgi olur. Bunu ifadələrindəki ehtiyatlılıq və ziqzaqlardan da rahat sezmək olur. Hətta, bir vaxtlar zərərli keçmişlərindən qaynaqlanan bədxah fikirlərlə ölkədə siyasi stabillik yaradan, Qarabağ kimi böyük Zəfərə imza atan hakimiyyətə qarşı da az nifrət qusmayıblar... 

Amma reallıq qarşısında bütün arqumentləri darmadağın olub, sonradan nifrət qusduqları qapıya təmənnaya gəliblər. İstər Ulu öndər Heydər Əliyev, istərsə də onun layiqli davamçısı, Qarabağ Zəfərinin memarı İlham Əliyev müdrikliyini göstərərək, onlara “tövbə qapısı”nı açıq qoyub... 

Azərbaycanda medianın inkişaf etdiyi, ölkə başçısının zaman-zaman jurnalistləri özünün dostu saydığı, mediaya dövlət dəstəyinin artdığı, milli ruhun və mətbuatın formalaşdığı bir çağda kimlərsə öz antiproqressiv addımları ilə medianın üstündə “Damokl” qılıncı asmaq sevdasına düşüblər. Təəccüblənmirik, bu, uzun illər mediamıza qənim kəsilən Əli Həsənovçuluqdur...

Xüsusi ittiham qaydası – bilirsiniz bu nə deməkdir? Yazmamalısan, yaza bilməzsən, bizim istədiyimiz kimi olacaqsan... 

İndi deputat və şəriki də bu sevdaya düşüb, jurnalisti qorxutmaq, həbslə hədələyib “sındırmaq” niyyətlərini artıq amiranə şəkildə təhdid dililə səsləndirirlər... 

Bizim deputat Qüdrət Həsənquliyevlə heç bir şəxsi problemimiz olmayıb, qərəzimiz də yoxdur. Yəni, deputat kimi onun bu hüsnü “Camal”ına və “Kamal”ına da bir iradımız olmayıb. Biz media olaraq informasiya daşıyıcısıyıq, məlumat, xəbər yayırıq. Amma bixəbərlər və tərif bülbüllərinin “məddahlıq cəh-cəhləri”indən bihuş və sərməst olanlar medianı dövlətin yox, özünün səngəri görmək istəyirlər...

Biz bu ölkədə qanun və hüququn aliliyinə inanaraq fəaliyyət göstəririk. Məhkəmələrin də ədalətli qərar çıxaracağına zərrəcə şübhə etmirik. 

Böyük şəxsiyyətlərin yaratdığı və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan mətbuatın yolları da deputat və onun biznes şəriklərinin yürüdüyü yol kimi heç də hamar olmayıb, əksinə, fərqindəyik ki, qarşımızda daş-kəsək də olacaq. Və biz nəinki daş kəsəyi, uca dağları aşaraq yenə də yolumuza davam edəcəyik. 

Amma bir gerçəklik də dəyişməz olaraq qalır; bəlkə, heç əvvəllər biz də fərqinə varmamışıq ki, özünü qüdrətli sayanlar hansısa bir biznesmen ortağının ümidinə qalacaq qədər QÜDRƏTsizdir...

Xatırlamaqda fayda var: O, “Eloğlu Oqtay” deyil, sadəcə, Oqtaydır, yəni seçiminiz də yanlışdır... 

Zaur Hacılı
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR