"Nəcməddin Sadıqov orduda hansı işi görürdüsə, Ramiz Mehdiyev də elmdə o işi görür"

21 yanvar, 2022 13:50

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev və AMEA Tarix İnstitunun direktoru Kərim Şükürov arasında qalmaqal yaşandı. Bu qalmaqaldan sonra direktor Kərim Şükürov istefa verəcəyini açıqladı. Bu məsələdə doğru tərəf kimdir?

"Azsiyaset" xəbər verir ki, tarixçi-alim Boran Əziz məsələ ilə bağlı yenisabah.az-a danışıb.

O, bu hadisənin qalmaqal deyil, soyqırım olduğunu düşünür:

“Bu hadisə Azərbaycan və tarix elminə qarşı soyqırımdır. Kərim Şükürov olduqca savadlı, istedadlı, prinsipial, milli mənəvi dəyərlərə bağlı bir elm adamıdır. O, bütövlükdə Azərbaycan tarix elminin qarşısında duran vəzifələri gözəl anlayan, problemlərin aradan qaldırılması yolları haqqında aydın təsəvvürlərə malik olan az saylı alimlərdən biridir. Şükürovun tarix institunun direktoru olduğu zamana qədər apardığı araşdırmaların hər-biri Azərbaycan tarix elmində əsaslı şəkildə mövcud olan boşluğun aradan qaldırılmasına yönəlmişdir. Kərim Şükürovun direktor təyin edilməsi bizdə böyük bir razılıq və inam yaratmışdı ki, nəhayət SSRİ-dən qalan anti-Azərbaycan və anti-milli konsepsiyaların aradan qaldırılmasına, Marksist-Leninçi ideologiyaya əsaslanan baxışların ləğv edilməsinə çalışan bir elm adamı Tarix İnstitutuna gəldi. Onun gəlişindən sonra bu işləri görmək üçün kifayət qədər əsaslandırılmış, ciddi struktura ehtiyac var idi. Kərim Şükürov bu strukturu çox çətinliklə qurmaqla yanaşı, qarşıya qoyulan vəzifələri həll edə biləcək , o təfəkkür, əxlaq və elmi dünyagörüşünə malik olan bacarıqlı kadrlar yığmalı idi. Bu cür çətin prosesə başladığı dövrdə Tarix İnstitunun direktoruna tarix elminin qarşısındakı vəzifələrin araşdırılmasına kömək etmək əvəzinə, onun intriqalara cəlb edilməsi əlbəttə təəssüf doğurur. Ramiz Mehdiyev özünü Kommunist Partiyasının rəhbəri, Tarix İnstitutunun direktoruna da keçmiş raykom katibi və ya onun bir işçisi kimi yanaşdı.

O, elm adamı, tarix elminin qarşısında duran vəziələri aydın dərk edən bir akademiya prezidenti kimi Kərim Şükürovu çağırıb institutda nə baş verdiyini, onu aradan qaldırmaq üçün hansı işlər planladığını və necə həyata keçirməyi düşündüyünü soruşub kömək etmək əvəzinə institutu çəkişmə meydanına çevirdi. Bu proses bizi hədsiz dərəcədə üzdü. Hesab edirəm ki, Nəcməddin Sadıqovun Azərbaycan ordusunda gördüyü işin, elmdə Ramiz Mehdiyev tərəfindən həyata keçirilməsi Azərbaycan ziyalılarında olduqca mənfi hiss oyatdı. Biz inanırıq ki, müvafiq orqanlar, eyni zamanda prezident aparatında elmə baxan məsul şəxs işlərin bu cür getməsinə dözməyəcək”.

Alim mövzudan çox da kənar olmayan bir məsələyə də toxunub:

“Mən məsələnin başqa cəhətinə toxunmaq istəyirəm. Akademiya bizim məvaciblərimizdən tutulan pulun hesabına formalaşan büdcə ilə fəaliyyət göstərir. Ramiz Mehdiyevin anti-milli yöndə fəaliyyət göstərdiyi akademiyaya nəyə görə mənim məvacibimdən tutulan pul xərclənməlidir? Fikirləşirəm ki, bu istiqamətdə müvafiq orqanlardan tələb edim ki, büdcədən bura mənim vəsaitim hesabına pul tutulmasın. Artıq bir neçə vəkillə də mələhətləşmişəm”.

Boran Əziz akademiyada hansı dəyişikliklərə gedilməli olduğunu da qeyd edib:

“Düşünürəm ki, akademiya müvafiq institutlarla birləşdirilməli, akademiyanın strukturu və qarşısında duran vəzifələr dəyişdirilməlidir. Tamamilə ləğv edilməyə bilər. Lakin strukturlar institutlara birləşdirilsə, daha faydalı işlər görlə bilər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR