Azərbaycanın "Topaz" bəlası - Dövlət qumara niyə icazə verib? - Ekspert

21 yanvar, 2022 15:05

Azərbaycanda mərc oyunlarının gətirdiyi faciələrin sayı getdikcə artır. Əsasən kişilərin və gənc nəslin qurşandığı bu bəla az qala narkotik aslılığı qədər təhlükəlidir. Ailələri dağıdır, faizə, borca girmə hallarını artırır. Borc vaxtında qaytarılmadıqda isə cinayət hadisələri baş verir. Bu gün borca görə axtarışda olunanlar və ya borca görə həbs olunanların, yəqin, böyük bir hissəsi məhz bu mərc oyunlarına görədir. Bu baxımdan Azərbaycanda fəaliyyətinə rəsmi icazə verilən "Topaz" əsl bəlaya çevrilib. Kimlərinsə milyonlar qazandığı bu bəla az qala hər evin qapısını döyür... Bu barədə sosial mediada da geniş müzakirələr aparılır. Leqal qumar, mərc oyunları narkomaniya kimi bir şeydir...

Bəs dövlət buna niyə icazə verib? Bu problemdən çıxış yolları nələrdir? Bu oyunlar qanunla qadağan oluna bilərmi?

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədli bildirib ki, böyük problem dövlətin lisenziyalaşdırdığı və imkan verdiyi "Topaz", müxtəlif adlar altında yaradılan mərc oyunlarıdır:

“Qumar oyunları ilə bağlı qanunvericilikdə xeyli məhdudlaşdırıcı normalar mövcuddur. Hətta bu yaxınlarda banklar xaricdə oynanılan qumar oyunlarında kartların istifadəsinə Milli Bank məhdudiyyət qoyub. Bu aspektdən xarici mərc oyunlarına girib pul qoymaq mümkün olmayacaq. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində bununla bağlı məsuliyyət müəyyən olunub. Yəni, qanunsuz oynanılan qumar oyunlarına görə inzibati məsuliyyət nəzərdə tutulub. Amma bu da reallıqdır ki, günümüzün texnoloji imkanları istər mobil telefonlar, istərsə də kompüter üzərindən hansısa mərc oyunlarına daxil olmağa Azərbaycan Milli Bankı icazə verməsə də, bir çox insanın xarici ölkələrdə Gürcüstan, Ukrayna, Türkiyədə bank hesabları var. Onlardan istifadə edərək bunu edə bilirlər. Bu baxımdan o bir az maariflənmə, ictimai qınaq, ictimai mübarizə məsələsidir. Təkcə inzibati metodlarla bunun qarşısının alınması mümkün deyil”.

Hüquqşünas vurğulayıb ki, mərc oyunlarına meylin artmasını, asılılığı doğuran səbəblər araşdırılanda qarşımıza işsizlik, maddi təminatın azlığı, insanların daha qısa yoldan qazanc əldə etmək niyyəti, sosial təminat kimi səbəblər ortalığa çıxır:

“Məşğulluğa yönəlik daha ciddi tədbirlər görülməlidir ki, insanları maraqlandıran, məşğul edən bu kimi məsələlərə üz tutmasınlar. Xüsusilə orta və ali məktəblərdə bunun cəmiyyətdə, ailədə yaratdığı problemlər, travmallar, pozuntular maarifləndirici şəkildə, konkret olaraq hadisələr göstərilərək çatdırılmalıldır. Təbii ki, yüzdə-yüz mübarizə olmasa da önləyici tədbirlər görülə bilər”.

Ələsgər Məmmədli təəssüflə qeyd edib ki, dövlət "Topaz"a rəsmi icazə verməklə qumar oyununu dəstəkləmiş olur:

“Mərc oyunlarının genişlənməsinin ən böyük səbəblərindən biri də Topazın rəsmi şəkildə, dövlət tərəfindən dəstəklənməsidir. Bu eyni zamanda monopoliyalaşdırılaraq bəlli şəxslərin ixtiyarındadır. Bunu qazanc yeri kimi görmək təhlükəli məsələdir. Təbii ki, dövlət rəsmi qumar oynatmamalıdır. Amma qanuna görə bunlar rəsmi, lakin digərləri qeyri-rəsmi hesab edilir. Yalnız digərlərinə qarşı mübarizə aparırlar. Ən böyük problem isə dövlətin lisenziyalaşdırdığı və imkan verdiyi "Topaz", müxtəlif adlar altında yaradılan mərc oyunlarıdır. Bunlar da rəsmi qumarlardır. Rəsmi qumarı dövlət təşviq etdiyi zaman, qeyri-rəsmini önləmək o qədər də asan olmur. Ona görə də bu aspektdən dövlətin yanaşması dəyişməli və bu prosesi təşviq etməməlidir. İndiki halda televizorlar rəsmi şəkildə bunu həm təşviq edir, həm də reklamı ilə məşğuldurlar. Daha geniş kütləni qısa yoldan çoxlu pul qazanaram ümidinə qapdırırlar. Bu da böyük ailə dramlarına, faciələrinə gətirib çıxardır”.

Sosioloq Lalə Mehralının sözlərinə görə, bu oyunlarla bağlı hədsiz şikayətlər, narazılıqlar var:

“"Topaz"ın adı leqaldır, amma əslində görünən qumar oyunlarıdır. Bəhs oyunu adını verib mədəniləşdirməklə heç nə düzəlmir. Qumar elə qumardır, oradan heç kim xeyir tapmayıb. Bu gün biz "Topaz" oyunlarından külli miqdarda pul qazanan görməmişik. Hətta "Topaz"ın reklamı televiziyalara belə ayaq açıb. Məsələn, televiziyalarda nümunə göstərilər ki, filankəs bu qədər qazanıb, bəs sən niyə durmusan? Amma əslində, o qazananı heç kim tanımır, yəni simvolikdir ki, insanları cəlb etsinlər. Oradan heç kim külli miqdarda pul qazanmayıb. Külli miqdarda pul uduzanlar var, amma heç kim o məbləğdə qazanc götürə bilməyib. 100 yaxud 1000 manat qazana bilər, amma o pulu qazanana qədər insanlar külli miqdarda bəhsə pul qoyurlar. Təəssüf ki, o bəhsə qoyulan pullar milyonçuların pulu deyil, sadə, orta yaşam tərzi olan azərbaycanlıların puludur.

Ekspert qeyd edib ki, maaş aldığı gün pulunu Topaza yatırıb uduzan insanlar var:

“Hansı ki, bu bir ay ərzində ailəsinin dolanışığıdır. Maaş evə gəlmədən Topaza qismət olur. Növbəti ayların maaşını uduzan, nisyə "Topaz" oynayan insanlar haqqında çox eşitmişəm. Məncə, bu məsələyə həqiqətən bir əncam çəkilməlidir. Onsuzda hamının vəziyyəti günü-gündən çətinləşir. Mədəti lotoreyada, "Topaz"da, bəhs oyunlarında axtaran insanların sayı günü-gündən artır. Son ümid kimi insanlar ora üz tuturlar, çünki onları da şirnikdirirlər. Bir daha qeyd edim ki, Topazdan gəlir əldə edənləri heç kim tanımır, onlar sadəcə məchul adamlardır”.(Bakupost.az)

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"