"Dini islam olan dövlətdə "Topaz" kimi qumar platformasının olması düzgün deyil, utancvericidir" - Tural Abbaslı

24 yanvar, 2022 13:55

"Həm partiya, həm də partiyamızın ideoloji xətti olaraq, biz kazinoların, qumarxanaların və ya “Topaz” kimi buna bənzər, dövlət nəzarətində olan digər qumar oyunlarının əleyhinəyik".

Bunu “Demokrat.az”a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. 

Partiya sədri qumarın fəsadlarının hər kəsə bəlli olduğunu qeyd edib:

"Təəssüflə qeyd etməliyik ki, “Topaz” bu sahədə Azərbaycanda xeyli irəliləyib. Nəzərə alsaq ki, gənclər arasında işsizlikdir, insanların gəlir mənbələri yoxdur və buna görə də, “Topaz” kimi qumar platformalarında kifayət qədər çox gəncimiz cəmləşir”.

Partiya sədri diqqətə çatdırıb ki, bir çox hallarda gənclər əllərindəki sonuncu qəpiyini və yaxud da ki, hər hansı bir avtomobilini və ya nəyisə sataraq, bu cür qumar oyunlarına qoyurlar:

“Heç kəsə sirr deyil ki, beynəlxalq aləmdə bu mərc oyunlarının hamısı nəzarətdədir və heç bir zaman da mümkün deyil ki, sadə insanlar burada qazanclı çıxsınlar. Adətən, belə mərc oyunlarında platformaların özü qazanır. Ümumiyyətlə, dini islam olan bir dövlət üçün hər hansı bir nazirlik və ya komitənin nəzdində belə bir qumar platformasının olması düzgün deyil və düşünürəm ki, həm də utancvericidir. Bunu qeyd edirəm ki, bunun kifayət qədər fəsadları artıq Azərbaycan cəmiyyətində var və məlumdur. Təbii ki, biz həm Azərbaycan vətəndaşı olaraq, həm də bir partiya lideri olaraq “Topaz”ın Azərbaycanda fəaliyyətinin dayandırılmasının, ümumiyyətlə isə mərc oyunları platformasının Azərbaycanın internet məkanında məhdudlaşdırılmasının tərəfdarıyıq. Çünki, bizim gənclər belə ziyanlı vərdişlərə öyrəşməməlidir”.

T.Abbaslı vurğulayıb ki, insanlarımızı bu cür vərdişlərdən ayırmaq üçün aidiyyatı qurumlar təbliğat vasitələrindən istifadə edərək, belə platformalara uymamaqları üçün əllərindən gələni etməlidir:

“Hesab edirəm ki, burada kimlərsə varlanacaq deyə, minlərlə gənci qumarın ağuşuna atmaq düzgün deyil”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR