Cavid Qurbanovun qumar monopoliyası - "Topaz" rəqiblərini belə sıradan çıxarır

24 yanvar, 2022 14:46

Azərbaycanda mərc oyunları ümummilli bəlaya çevrilib, vəziyyət o qədər ağırlaşıb ki, bukmeyker bazarı adı altında ölkədə böyük sosial bəlalara səbəb olan qoumar oyunları indiyə qədər on minlərlə ailənin dağılmasına və intiharlara da səbəb olub. Heç kəsə sirr deyildir ki, ölkədə ən məşhur qumar biznesinin - "Topaz"ın başında "Azərbaycan Dəmir Yolları" ASC-nin sədri Cavid Qurbanov dayanır. Sərhədsiz biznes imperiyasaına sahiblənən C.Qurbanovun "Topaz" biznesi hazırda dövlətçilik üçün də ciddi təhdid vasitəsinə çevrilib. İnsanlar müxtəlif reklam üsulları ilə aldadılır, onlar bukmeyker bazarına cəlb edilir və nəticədə bütün əmlakı, maaşı, dolanışıq xərcləri əlindən çıxır.

Təbii ki, ilk verilən reaksiya belə də ola bilər: "İnsanların ağlı varsa, etməsin...". Amma qəbul etmək laızmdır ki, hamı eyni ağıl və düşüncə səviyyəsinə sahib deyil, cəmiyyətimizdə iradəsiz, əziyyət çəkmədən və ən asan yolla pul qazanmaq istəyən insanlar da az deyil. İndi nə etməliyik? Qumar biznesi qurub hər kəsin pulunu, evini əlindən almalıyıq!?

C.Qurbanovun "Topaz" biznesini uzun müddət Vəsilə Abdulova idarə edirdi. V.Abdulovanın daha bu işlə məşğul olmadığı bildirilsə də, əslində bu məlumatlar iz azdırmaq niyyəti güdür. Ən dəhşətlisi budur ki. V.Abdulova C.Qurbanovun sədri olduğu "ADY" ASC-də maliyyə idarəsinin rəis müavinidir. Vaxtilə Xətayi rayonunda kirayələrdə yaşayan, borc-xərc içərisində üzən V.Abdulovanın xalqın qumara bulaşması hesabına və C.Qurbanovun çətiri altında var-dövlətə sahib olması ağlasığmazdır. Cəmi 5 il ərzində Bakının ən prestijli yerlərində villalara, mənzillərə sahiblənən bu qadını qorumaq üçün C.Qurbanov xüsusi canfəşanlıq nümayiş etdirirdi.  

Redaksiyamıza daxil olan məlumata görə, C.Qurbanov "Topaz" biznesini indi də "ADY" ASC-nin sədr müavini Vüsal Aslanova tapşırıb. 

Vaxtilə 19 milyonluq alqı-satqı anlaşmasınadək "TOPAZ”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yəni, "Topaz" xalqı rəsmən soyur, insanların müflis olması, aldadılması hesabına əldə oluna gəlirlərlə C.Qurbanov özünün və övladlarının biznes imkanlarını daha da artırır. 

Azsiyaset.com-un redaksiyasına daxil olan başqa bir məlumata görə, C.Qurbanov növbəti parlament seçkilərində V.Abdulovaya "deputat mandatı" hədiyyət etmək niyyətindədir. Belə çıxır ki, kimliyi bilinməyən, qurmardan gələn pullarla varlanan bir qadın ölkənin ali qanunverici orqanına üzv kimi "seçiləcək" və bu dəfə soyduğu insanları parlamentdə təmsil etməli olacaq. 

Əslində C.Qurbanovun deputat təyin etdirmək "təcrübəsi" böyükdür və buna da inanırıq. Xüsusilə qadınların deputat mandatı qazanmasında ciddi rol alan C.Qurbanov əvvəllər "vurulan" bir neçə şəxsi də parlamentə salmağı bacarıb. Məsələn, uzun müddət Z.Məmmədov-E.Məmmədov qardaşlarının çətiri altında mandat daşıyan Jalə Əliyeva bu dəfə məhz C.Qurbanovun sayəsində mandatını qoruyur. 

Hər halda nə qədər qazanc mənbəyi olsa da, dövlətçiliyin əsaslarını sarsıdan "Topaz"la bağlı ortaya ciddi iradə qoyulmalıdır. Artıq C.Qurbanov bukmeyker bazarındakı bütün rəqiblərini də sıradan çıxarıb, özünə alternativ qoymayıb. O, digər mərc oyunlarının ölkədəki təbliğini, pul yatırımlarını demək olar ki, tamamilə kəsib. Ortada təkcə "Topaz" qalıb. Deməli, 10 milyonluq xalqı soymaq missiyasını "Topaz" tək öz üzərinə görtürüb. 

Azsiyaset.com

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR