Diaspor lideri Qazilərimizə əlil arabaları payladı: Ermənilər onu ölümlə təhdid edir - MÜSAHİBƏ/FOTOLAR

25 yanvar, 2022 12:31

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın Demokrat.az-a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

— İlhan bəy, bu yaxınlarda Qarabağ qazilərimizə əlil arabaları payladınız. İlk olaraq, bu gördüyünüz xoş işlərlə bağlı fikirlərinizi almaq istərdik. 

— Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi və Hollandiyanın "Kros Medical" şirkəti ilə ortaq bu ölkədən Azərbaycana Qarabağ qazilərimiz üçün əlil arabaları gətizdirdik. Ümumilikdə, 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları Bakıya gətirib insanlara pulsuz paylamışıq. Mən buradan hörmətli Adil Əliyevə də təşəkkürümü bildirirəm. Çünki bu arabaları Bakıya gətirən zaman gömrük məsələsində Milli Məclis sədrinin müavini Adil Əliyev bizə dəstək oldu. Həqiqətən də, 100-ə yaxın əlilimizi sevindirdik. Azərbaycanda bir-birindən dəyərli dostlarımız var.
Bu işdə bizə dəstək olan dostlarımız arasında Həqiqət Hacıyeva, İlham İsmayılov, Vüqar İlkin, Şamil Mustafayev, Fərhad Günəş, Bünyamin Önasya, Yasin Zeynallı, Fəridə, Hicran xanım, Mahir Bəşirov, Yusif Polad kimi dəyərli dostlarımızın da adlarını qeyd etmək laızmdır. 

— Yəqin ki, gördüyümüz bu cür xeyirxah işlər erməni diasporunda da böyük qıcıq yaradıb...

— Təbii ki, biz bu işləri görərkən, sözsüz ki, onlar qıcıqlanırlar. Onsuz da mənim əzəldən erməni diasporası ilə ciddi problemlərim var. Bir neçə il bundan əvvəl mən “Qarabağ erməniyə məzar olacaq” sözlərimə görə, Niderlandda cəzalandırıldım, ancaq o cəza erməniləri qane etmədi. Bu insanlar üzərimdən müxtəlif, hər cür bəhanələr uyduraraq, mənim həbs cəzamın uzadılmasını istəyirdilər. İnşallah ki, bacarmazlar. Amma baxıram ki, əlil arabalarını da dağıtdıqdan sonra, qazilərimizi və dəyərli insanlarımızı bu qədər sevindirdikdən sonra, ermənilər yenidən aktivləşiblər. Bizim haqqımızda neqativ paylaşımlarını görürük. Əlbəttə ki, biz bu işlərin zor olduğunu, bu işlərin nəticəsi olaraq bir bədəl ödəməli olduğumuzu bilirdik, onsuz da hazırlıqlıyıq. Nə olursa-olsun bizim üçün önəmli olan qazilərimizi, onların ailələrini sevindirməkdir. Bu, problem deyil, çünki zatən diasporaçılıq elə budur. Yəni, sonunu düşünən insanlar qəhrəman ola bilməz. Biz nə lazımdırsa, qazilər üçün etdik və etməyə də davam edəcəyik.



— Bu gün Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?

— Əlbəttə ki, Azərbaycan diasporunun uğurlu və uğursuz olduğu tərəfləri var. Ancaq, təəssüflər olsun ki, diasporamızda sanki bu 44 günlük savaşdan sonra elə bil rahatlıq meydana gəlib. İnsanlar elə bil zəfərin sərxoşluğu ilə öz künclərinə çəkiliblər, halbuki, bizim əsas hədəfimiz, mübarizəmiz bəlkə də, bundan sonra daha çox güclü diasporaya ehtiyac olduğunu göstərir. Ermənilərin bu gün məğlub olan tərəfdir. Əlbəttə ki, bundan sonra ermənilər avropalıları necə inandırıb üstümüzə salacaqları barədə düşünürlər. 

— Bakıdakı çıxışlarınızın birində qeyd etmisiniz ki, geri qayıdan zaman sizi iki aylıq həbs cəzası gözləyir. Bu, nə dərəcədə realdır?

— Mən “Qarabağ erməniyə məzar olacaq” sözlərimə görə, 120 saat çalışma cəzası almışdım, getdim çalışdım. Orada mənə bir tapşırıq qoydular ki, sən bir daha bu kəlməni istifadə edərsənsə, o zaman Niderland Məhkəməsinin çıxaracağı qərara əsasən, məni sorğusuz-sualsız iki ay həbs gözləyir. Amma keçən il bu sözlərdən sonra ermənilər məni təkrar məhkəməyə şikayət ediblər və polisə gedərək ifadə vermişəm. Ermənilər iddia edirdilər ki, o kəlməni bir neçə dəfə təkrar etmişəm. Yəni, bəli, elə bir cəza məni gözləyir. Bu gün və yaxud sabah, nə zaman olacağını dəqiq bilmirəm. Amma, bəli, belə bir təhlükə var. Lakin biz ona da hazırıq. 



— Bu olaylardan sonra Niderlandda can güvənliyiniz necədir? Sizin həyatınızla bağlı hansısa təhlükələr varmı?

— Əlbəttə ki, günlər keçdikcə, bizim Avropada can güvənliyimizin artıq olmadığını anlayırıq. Bu, olaylardan sonra hələ mənim kimi, ermənilər tərəfindən məhkəməyə verilən və hədələnən, amma Azərbaycan həqiqətlərini söyləməkdən əsla çəkinməyən, yeri gəldiyində hər cür belə təhlükələrin öhdəsindən gələ bilən insanın təbii ki, can güvənliyi yoxdur. Bəli, bu gün mənim Avropada təhlükəsizliyimin təmin edilməsinə zəmanət yoxdur.  

— Bəs Azərbaycan dövləti sizin təhlükəsizliyinizlə bağlı hansı işləri görməlidir?

— Əslində, Azərbaycan dövlətinin də görə biləcəyi çox işlər var. Zamanında səfirimizlə də danışmışam. Ancaq, mənə demişdilər ki, sən Türkiyə vətəndaşısan, onun üçün dəstək ola bilmirik. Bəlkə də haqlıdırlar, bilmirəm? Qanun nəyi gərəkdirirsə, onlar daha yaxşı bilir.

Mən Azərbaycan, Türkiyə xalqına mənsub birisiyəm. Zatən başıma da nə gəldisə, Azərbaycanı sevmək işindən başıma gəldi. Mən Türkiyə üçün hər hansı tələblər istəməmişəm. Hollandiyada ermənilər tərəfindən verildiyim məhkəmələr, bu qədər problemlər də məhz Azərbaycanı müdafiə etdiyimə görədir. Bəzən kiminsə mənə "sən Azərbaycan vətəndaşı deyilsən" deməsi məni çox incidir. Deyəcək bir şey də yoxdur. Bizim kimi insanların qisməti belədir. Amma bütün bunları dərd etmərəm, mən yenə mübarizəmə davam edəcəm. Azərbaycan bizdən bu gün nəyi istəsə, təmənnasız, qarşılıqsız etməyə çalışmışıq, bundan sonra da etməyə hazırıq, edirik də. Daha nə deyə bilərəm? Üzləşdiyim erməni təhdidləri və təxribatlarından Azərbaycan dövləti də məlumatlıdır. Başda Azərbaycanın səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi olmaqla, müvafiq qurumlar xəbərdardılar. Amma nədənsə, heç biri bu məsələni ciddiyə almırlar.

Çox təəssüf ki, hələ heç bir ciddi addım atmırlar. Biz dövlətimizdən maddi dəstək istəmirik, yeganə istəyimiz odur ki, bizə diqqət-qayğı göstərilsin, sayılaq, arxamızda güclü dövlətimizin mənəvi dəstəyini hiss edək. Biz Azərbaycanın müvafiq qurumlarına da hər dəfə yazırıq ki, biz sizdən pul istəmirik, yalnız can güvənliyimizi saxlayın və sairə. Təəssüf ki, indiyədək hər hansı dəstəyi görə bilmədik.

Açığı, mənim nə Diasporla İş üzrə Dövlət Komitəsindən, nə də digər müvafiq qurumlardan gözləntilərim, ümidim qalmayıb. Tək ümid yerim ancaq arxasında böyük xalq dəstəyi olan, 50 milyonluq Azərbaycan türkünün Prezidenti, “Dəmir yumruq”lu Ali Baş Komandan cənab İlham Əliyevədir. Birinci Allaha, ikinci də Prezidentimizə güvənirik.

— İşğaldan azad olunmuş torpaqlarımıza Avropalıların səfəri üçün hansısa layihələriniz varmı?

— İşğaldan azad olunmuş torpaqlarımıza mənim özüm gedə bilmək üçün nə qədər zorluq yaşadım. Qaldı ki, xaricdən insanlar gətirib, o torpaqlarda gəzdirmək. Əslində, bu, çox önəmlidir. Ancaq, nədənsə, bizim gördüyümüz layihələr, bizim dediyimiz sözlər çox ciddiyə alınmır. Avropanın tanınmış adamlarını Azərbaycana gətirə bilərik, hər cür imkanımız da var. Amma, əlil arabalarını da gətirəndə gördüm ki, biz Azərbaycanda hələ qəbul olunmamış təşkilatıq, bu ögeyliyi hər dəfə hiss edirəm. Avropalıların işğaldana azad edilən ərazilərimizə gətirilməsi ağılımızdan keçir, amma bilirəm ki, bunu etsək də, cəhdlərimiz boşa çıxacaq. Nə zaman ki, Azərbaycan dövləti bunu bizdən istəyər, o zaman da biz bunu reallaşdırmağa hazırıq.

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko14:15 - Deputatın oğlu bu dəfə 31 milyonluq tender qazandı

24 noyabr

10:21 - Putin Trampın "Sülh Planı"na münasibət bidirdi10:19 - İran Azərbaycanın tankerini saxlayıb? 10:18 - Avropada Ukrayna üçün yeni plan hazırlandı - TAM MƏTN

21 noyabr

13:32 - "Veysəloğlu Distribusiya"nın rəhbər heyəti Böyük Britaniyada qabaqcıl logistika təcrübəsi ilə tanış olub - FOTOLAR09:55 - Dövlət Agentliyinin sədri öz bacısından Agentlik üçün ofis icarəyə götürür09:48 - Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Tam siyahı09:46 - "ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır" - "Forbes" nəşri09:44 - Rusiya Kupyanskı şəhərini ələ keçirdi

19 noyabr

13:33 - Maduro ABŞ-a istefasını təklif edib - - "New York Times" 13:31 - Komitə sədri vergilərin artırılmasından danışdı13:29 - Paşinyanın silahdaşı Türkiyə ilə sərhədin tezliklə açılacağının anonsunu verdi

18 noyabr

22:12 - "Qızıl sandıq" lotereyası başladı - İndi ƏDV geri-al çekləri sizə daha çox qazandıracaq16:13 - "ABŞ Paşinyanı belə sülh sazişi hazırlamağa təşviq edə bilər" - Riç Outzen