Abşeronda İradə Gülməmmədova nümunəsi - Reallıq nə deyir?

25 yanvar, 2022 13:20

O, qəbul günləri olmayan nadir icra başçılarından idi. Çünki vətəndaş həftənin istənilən günü, hətta həftə sonları belə onun qəbuluna düşə bilirdi. Yaxud özü işini kabinetdə yox, sahədə görürdü. Azərbaycan reallığında belə məmurların sayı az olsa da, var. Abşeron Rayon İcra hakimiyyətinin keçmiş başçısı İradə Gülməmmədova bunun real nümunəsi hesab edilə bilər.

Hələ Vətən müharibəsindən öncə Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra könüllü şəkildə orduya yazılanlar arasında idi İradə xanım. Xanım olmasına baxmayaraq, Vətənin müdafiəsində iştirak etmək istəyən və rəsmi şəkildə ordu sıralarına yazılan azsaylı məmurlardan idi. Müharibəyə aparılmadı, amma bu addımı həm əsl Azərbaycan xanımının nümunəsi, həm də bütün rayon ictimaiyyəti üçün nümunə idi.

İradə Gülməmmədova Vətən müharibəsində və sonrasında sərgilədiyi mövqe ilə də nümunə oldu. İcra başçısı kimi yox, bir ana, bir bacı kimi şəhid ailələrinin, qazilərin yanında oldu.

Vətən Müharibəsində Abşerondan olan bütün şəhidlərin dəfnində şəxsən iştirak etdi. Bu da ölkə üzrə digər icra başçıları ilə müqayisədə nümunəvi addım idi. İradə Gülməmmədova hətta dəfndən sonra şəhidlərin hamısının il mərasimində də iştirak edib, onların hər birinin evində olub, problemləri, qayğıyarı ilə maraqlanıb. Bütün köməkliyi göstərib, dəstək verib. Və bunu təkcə vəzifə borcu kimi yox, bir insan, bir vətəndaş borcu olaraq görüb. Təsadüfi deyil ki, müharibədən sonra şəhid ailələri və qazilərlə bağlı Abşeron rayonunda problemlər, yaxud hansısa narazılıq olmayıb. Bu, məhz İradə Gülmməmədovun hər bir qaziyə və şəhid ailəsinə xüsusi diqqətinin nəticəsidir.

İradə Gülməmmədovanın “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi rayon ərazisində hər bir şəhid övladını qayğı və diqqətdən kənarda qoymayıb.

Xanım Gülmımmədova fəaliyyəti boyunca rayon əhalisinin daha az təminatlı təbəqəsinə xüsusi qayğı ilə yanaşıb. Onun kabinetdə yox, sahədəki fəaliyyətinin mərkəzində də sadə insanlar, onların problemləri və həlli olub. Məhz buna görə İ.Gülmməmədovanın xüsusi qəbul günləri yox idi. Günündən asılı olmayaraq şəhid və qazi ailələri başçı tərəfindən dərhal qəbul olunub, onların problemləri dinlənilib, həll edilib. O cümlədən, hər bir vətəndaş istənilən vaxt onun qəbulunda iştirak edə bilirdi.

İradə Gülməmmədovanın fəaliyyəti nəticəsində Abşeron rayonunun bütün kənd və qəsəbələri, eləcə də Xırdalan şəhərinin yollarının genişləndirilməsində, su-konalizasiyasının çəkilməsində, müəyyən abadlıq işlərinin aparılmasına ciddi naliyyətlər əldə edilib. Hələ müavin işlədiyi vaxtda Bakı–Şamaxı, Bakı–Sumqayıt yolunun Abşerondan keçən hissəsinin düzəldilməsində, qadın olmasına baxmayaraq gecə-gündüz o yolun salınmasında İradə xanımın xüsusi xidmətləri olub.

İcra başçısı olduğu vaxt abadlıq istiqamətində daha geniş işlər həyata keçirib. Rayonun mərkəzi küçələrinin, beynəlxalq əhəmiyyətli yollarının ətrafının yaşıllaşdırılmasının, ağacların əkilməsinin də İradə xanımın adı ilə bağlı olduğunu deyə bilərik. Rayon ərazisində yeni məktəb və bağça binalarının inşa olunmasına, mövcudların isə əsaslı təmir edilməsinə nail olub.

Xanım Gülməmmədova daim dövlətə, cənab Prezidentə sadiqliyi ilə seçilib, hökumətin verdiyi göstəriş və tapşırıqları vaxtında, layiqincə  icra edib. Prezident İlham Əliyev həmişə vurğulayır ki, “məmurlar xalqın xidmətçisidir”. İ.Gülməmmədova bunun ən bariz nümunəsini yaratmışdı. O, daim rayon əhalisinin başçısı kimi yox, xidmətçisi kimi fəaliyyət göstərirdi və bütün işini, fəaliyyətini məhz Prezident İlham Əliyevin siyasi xəttinə uyğun qurmuşdu.

O da həqiqətdir ki, zaman-zaman xanım başçıya qarşı məqsədli şəkildə qara piar aparırdılar. Qarayaxma kampaniyasının məqsədi də məhz onun nümunəvi fəaliyyəti idi. Hətta vəzifədən çıxdıqdan sonra öz evində gündəlik həyatını yaşamasına baxmayaraq həmin dairələrin yenə də qara niyyətlərindən əl çəkmədikləri görünür. Lakin “haqq nazilər, üzülməz”...

Vaqif Hüseynli
Demokrat.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR