"Üç mediatorun fəaliyyəti dayandırılıb, 8 mediatora töhmət verilib" - Nadir Adilov

25 yanvar, 2022 17:46

“Mediasiya Şurası fəaliyyətə başladığı ilk gündən öz işini şəffaflıq prinsibləri üzərində qurmuş və bu ənənə bu gündə davam etdirilir. Şura üzv olan mediatorların və mediasiya təşkilatlarının fəaliyyətini dəstəkləməklə yanaşı üzərlərinə düşən vəzifələrin icrasını xüsusi komissiya üzvləri vasitəsi ilə davamlı olaraq monitorinq edir”.

Bu barədə Pravda.az-a Mediasiya Şurasının İdarə Heyətinin Sədri Nadir Adilov məlumat verib.

N.Adilov qeyd bildirib ki, bu monitorinqlər nəticəsində və şuraya daxil olan şikayətlər əsasında Mediasiya Şurasının İdarə Heyəti tərəfindən başlanılan 23 intizam icraatının araşdırılması İntizam komissiyasına həvalə edilib:

““Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan vəzifələrin kobudcasına pozulması, habelə mediatorun etik davranış qaydalarının pozulması halları aşkar edildiyindən, bu günə kimi İntizam Komissiyasının müvafiq rəyləri əsaslı olduğu təsdiq edildiyindən 3 mediatorun 6 ay müddətində mediator kimi fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması, 8 mediatorun üzərinə töhmət intizam məsuliyyəti tətbiq edilməsi, 7 mediatorun hərəkətlərində intizam pozuntusu aşkar edilmədiyindən barələrində başlanılan intizam icraatlarına xitam verilməsi qərara alınmışdır. Hazırda daha 6 mediator barəsində intizam araşdırılması davam etdirilməkdədir. Qanunvericiliyin və mediasiya sahəsində qəbul edilən digər normativ hüquqi aktların tələblərinə ciddi əməl olunması və vətəndaş məmnunluğunun təmin eilməsi məqsədi ilə, Mediasiya Şurası bundan sonra da bu istiqamətdə qətiyyətli addımlar həyata keçirəcək”.

Qeyd: Vətəndaşlar mediator və mediasiya təşkilatları barədə təklif və şikayətləri [email protected] elektron poçt adresinə göndərə bilərlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR