"Soyqırım diasporun işidir" - Paşinyan

25 yanvar, 2022 22:02

Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 24-də keçirdiyi onlayn mətbuat konfransında deyib ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə komissiya mümkün qədər tez yaradılmalıdır.

Ermənistanın Azərbaycana delimitasiya prosesinin işə salınması üçün hansı təklifləri verdiyi barədə suala cavab verərkən Paşinyan bu təklif barədə hələ Brüssel danışıqları zamanı Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdiyini deyib. Baş nazirin sözlərinə görə, təklif bilavasitə delimitasiya barədə yox, sərhəddə təhlükəsizlik tədbirləri barədədir: “Qlobal mənada burda heç bir sirr yoxdur. Bu o təkliflərdir ki, mən bu barədə hələ may ayında demişdim. Yəni qoşunların sərhəddən simmetrik geri çəkilməsi barədə”. 

Paşinyan bunu belə əsaslandırıb ki, Soçidə qəbil edilmiş üçtərəfli bəyanatda ikitərəfli komissiyanın yaradılması üçün Azərbaycan-Ermənistan sərhədində stabillik və təhlükəsizliyin səviyyəsinin artırılmasından söhbət gedir.

Nikol Paşinyan bildirib ki, erməni tərəfi yalnız Ermənistanın marağını əks etdirən sənəd hazırlamağa çalışmayıb: “Hazırda müzakirələr davam edir və biz işçi müzakirələrə mane olmamaq üçün bir çox detalları açmaq istəmirik. Biz hesab edirik ki, delimitasiya və demarkasiya üzrə komissiya mümkün qədər tez yaradılmalıdır. Bu çox vacibdir. Nə qədər tez olsa, bir o qədər yaxşı olar”.

Arazdəyən (Yerasx)-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttinin işə salınması barədə danışarkən Paşinyan deyib ki, söhbət 205 milyon dollar investisiya qoyulmasından gedir və bu, Ermənistan üçün böyük məbləğ deyil: “Yəni burda maliyyə problemi olmayacaq. Biz praktikada razılığa gəlmişik. Bu razılaşmanı kağız üzərində təsdiq etdikdən sonra bu dəmir yolunun tikintisinə hazırlıq başlayacaq”.

Ermənistanın Türkiyədə keçiriləcək diplomatik foruma qatılıb-qatılmayacağı barədə suala cavab verərkən Paşinyan deyib ki, ölkəsinin bu forumda iştirak etməsinin ehtimalı böyükdür, amma son qərar həmin vaxt mövcud olacaq vəziyyət əsasında qəbul ediləcək.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 11-dən 13-dək Antalyada keçiriləcək diplomatik foruma Ermənistanın da dəvət olunduğunu demişdi.

“Erməni soyqırımının” tanınması məsələsi barədə suala cavab verərkən Paşinyan deyib ki, bu barədə mövqeyini hökumət proqramında bildirib.

Nikol Paşinyan “Hay dat” – “Erməni məsələsi” ilə bağlı suala da cavab verib. Baş nazirdən Ermənistanın Türkiyə ilə Qars müqaviləsi əsasında çəkilmiş sərhədini tanımağa hazır olub-olmadığını da soruşublar. 

O deyib ki, Ermənistan heç vaxt “Hay dat” siyasəti yürütməyib: “Bundan başqa 2005-ci ildə Robert Koçaryan demişdi ki, Ermənistanın Türkiyəyə heç bir ərazi iddiaları yoxdur. Əslində elə Serj Sarkisyan da bu bəyanata əsaslanmışdı. Yəni “Hay dat” heç vaxt Ermənistanın siyasəti olmayıb. Ermənistan heç vaxt Ermənistan-Türkiyə sərhədini şübhə altına almayıb. Siz bircə erməni lider və ya hökumət də tapa bilməzsiniz ki, Ermənistan-Türkiyə sərhədini şübhə altında qoysun. Biz də bu siyasətdən imtina etməyəcəyik”.

Paşinyan əlavə edib ki, “erməni soyqırımı”nın tanınması prosesinin hərəkətverici qüvvəsi həmişə diaspora və diaspora təşkilatları olub.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR