Şuşa həbsxanasında ağlasığmaz işgəncə metodları - Həmin dəmir gürz tapıldı

26 yanvar, 2022 14:34

Şuşa həbsxanasında saxlanılan azərbaycanlı əsir və girovlara ağlasığmaz metodlarla işgəncələr veriblər, hətta onları bir-birlərinə işgəncə verməyə məcbur ediblər.

Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov APA-ya müsahibəsində danışıb.

 “Tarixə nəzər salsaq, görərik ki, hələ I Dünya müharibəsində, əsasən, Türkiyəyə qarşı döyüşmüş erməni terrorçu dəstələri əsirlərə və mülki əhaliyə qarşı çox dəhşətli işgəncə növləri tətbiq ediblər. Bizim apardığımız araşdırmalar göstərir ki, həmin işgəncə növləri I Qarabağ müharibəsində inkişaf etdirilərək yeni çalarlarla tətbiq edilib. Yəni Ermənistan hərbçiləri bu sahədə öz sələflərindən geri qalmayıb, hətta onlardan irəli gediblər”, - İ.Axundov deyib.

Onun sözlərinə görə, I Qarabağ müharibəsi ilə bağlı aparılan araşdırmalar göstərir ki, Ermənistan hərbçiləri azərbaycanlı əsir və girovlara özləri işgəncə verməklə yanaşı, onları hər hansı açıq meydanda toplanmış mülki erməni əhalinin də ixtiyarına verərək işgəncələr verdiriblər.

“Eyni zamanda, əsir və girovları bir-birinə qarşı işgəncə verməyə məcbur ediblər. Təsəvvür edin, Şuşa türməsində saxlanılmış əsirlərin bir çoxu bildirir ki, onları türmənin həyətində və hasarın üzərində saatlarla it və digər heyvanların səslərini çıxarmağa məcbur ediblər. Bu cür ağlagəlməz və ancaq erməni terror düşüncəsinin məhsulu olan işgəncə növləri azərbaycanlı əsir və girovlara qarşı tətbiq olunub. Xüsusilə insanların dişlərinin kəlbətinlə çıxarılması, başlarına mismar çalınması, damarlarına dizel yanacağı yeridilməsi və s. həyata keçirilib. Əsirlikdən azad edilənlər danışır ki, Şuşa həbsxanasına yeni gətirilənləri dəmir gürzlə vuraraq onları: “Evimə xoş gəldim” - deməyə məcbur edirmişlər. Qeyd edim ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Dövlət Komissiyasının əməkdaşları oraya baxış keçirib. Maraqlı fakt ondan ibarətdir ki, əməkdaşlarımız oraya baş çəkərkən əsirlərin haqqında bəhs etdiyi dəmir gürzü də oradan taparaq dəlil kimi götürüblər. Biz həmin gürzü deyilənlərə sübut kimi “Zəfər Muzeyinə” təqdim etməyi düşünürük”, - İşçi qrupunun rəhbəri vurğulayıb.

Xatırladaq ki, I Qarabağ müharibəsində azərbaycanlı əsir və girovlara Şuşa həbsxanasında amansız işgəncələr verən erməni hərbi canilərdən ikisi – Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç 44 günlük müharibədə döyüşçülərimiz tərəfindən tutulmuşdu. Sonradan bu hərbi canilər Bakıda məhkəmə qarşısına çıxarıldılar və keçmiş hərbi əsirlər zərərçəkənlər qismində onların törətdiyi dəhşətli əməlləri bütün təfərrüatları ilə məhkəmənin gedişində danışdı. Məhkəmənin yekununda Mkrtiçyan və Xosrovyan hərəsi 20 il həbsə məhkum edildilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR