Banklardakı pullar kimlərə məxsusdur? - "Vəsaitlərin əsas hissəsi məcburən saxlanılır"

26 yanvar, 2022 14:42

“Son 5 il ərzində Mərkəzi Bankın dəstəyi ilə banklar tez-tez lovğalanaraq gileylənir ki, ay, nə bilim pulumuz (likvid vəsaitimiz) çoxdur, amma hara yerləşdirməyi (yəni kimə kredit verməyi) bilmirik. Əslində, bu riyakarlıqdır. Onlar gözəl bilir ki, hesablarda olan əksər vəsaitlər fərdi sahibkarlara və hüquqi şəxslərə məxsusdur və həmin vəsaitlər banklarda qanunsuz olaraq zorla saxlanılır”.

Bu sözləri iqtisadçı, bank sektoru üzrə ekspert Əkrəm Həsənov bildirib.

Ekspert 2017-ci ildən etibarən dövriyyəsindən (200.000 manata qədər və ondan yuxarı) asılı olaraq fərdi sahibkarlara və hüquqi şəxslərə ay ərzində müvafiq olaraq 15.000 və 30.000 manatdan çox vəsaiti nağdlaşdırmağa imkan verilmədiyini vurğulayıb:

Ə. Həsənov əlavə edib ki, əsas kimi 2017-ci ildən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” Qanuna istinad edilir:

“Halbuki, əslində sözügedən qanunun 3.3-cü maddəsinə əsasən, fərdi sahibkarlar və hüquqi şəxslər sadəcə ay ərzində həmin limitdən artıq olan hesablaşmalar üzrə ödənişləri yalnız nağdsız qaydada həyata keçirməlidir. Nağdsız hesablaşmanın da nə demək olduğu həmin qanunun 3.1-ci maddəsində təsbit edilib: söhbət digər şəxsə vəsaitin verilməsindən gedir. Yəni hər kəs öz hesabından istədiyi qədər vəsaiti çıxarıb kassasında saxlaya bilər (və bu da ədalətlidir, çünki etimadı zorla qazanmaq olmaz: banklar müflisləşəndə ilk növbədə sahibkarlıq subyektlərinin vəsaiti batır və dövlət onlara təminat vermir). Əsas odur ki, ay ərzində başqalarına nağd qaydada sözügedən limit çərçivəsində ödəniş etsin”.

Ə.Həsənov vurğulayır ki, qanunu tamamilə yanlış tətbiq edərək banklar süni şəkildə yüksək likvidliklərini təmin edir:

"Kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində xeyli şirkət "ağardığı” üçün də bankların depozit bazası bir qədər də artıb. Amma həmin vəsaitləri kredit verməyə də qorxurlar. Çünki bilirlər ki, vəsaitlərin əksər hissəsi onlarda xoşluqla deyil, məcburən saxlanılır. O cümlədən bank sisteminin guya inkişaf etdiyini göstərmək üçün…”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR