Paytaxtda ən çox bu mənzillər bahalaşıb – "VECON CONSULTING" təqdim edir – Ərazilər/Qiymətlər

27 yanvar, 2022 13:14

Bakının mənzil bazarında ən çox qiymət artımları bu üç rayonda qeydə alınıb.

Son dövrlər baş verən qlobal iqtisadi böhrandan, qiymətlərin artmasından, müxtəlif iqtisadi və sosial proseslərdən təsirlənən əsas sektorlardan biri də daşınmaz əmlak bazarı olub.

Ölkədə müşahidə olunan bahalaşma əmlak bazarından da yan ötməyib və qiymətlərin kəskin şəkildə artımına səbəb olub. İpoteka kreditlərinə başlanması, tikinti materiallarının bahalaşması və eyni zamanda paytaxtın bir sıra ərazilərində söküntü işlərinin aparılması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında da qiymətlər artır.

Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” paytaxtın 10 rayonunda əmlak bazarında qeydə alınan qiymət artımları ilə bağlı monitorinq aparıb. Hər bir rayon üzrə altı istiqamətdə aparılan araşdırma köhnə və yeni tikili binalarda 1, 2 və 3 otaqlı mənzilləri əhatə edib.

Araşdırma nəticəsində məlum olub ki, paytaxtın mənzil bazarında köhnə tikili binalar üzrə 1 və 2 otaqlı mənzillər üzrə ən çox bahalaşma Nərimanov rayonunda (müvafiq olaraq 16 və 13 faiz), 3 otaqlı mənzillər üzrə isə Nəsimi rayonunda (10 faiz) baş verib. Yeni tikili binalarda isə qiymətlər 1 otaqlı mənzillər üzrə Xətai rayonunda (17 faiz), 2 və 3 otaqlı mənzillər üzrə isə Nərimanov rayonunda (müvafiq olaraq 13 və 10 faiz) qeydə alınıb.

Müvafiq olaraq köhnə tikili binalarda birotaqlı mənzillər 9,5, ikiotaqlı otaqlı mənzillər 7,1, üçotaqlı mənzillər isə 6,6 faiz bahalaşıb. Yeni tikili binalarda birotaqlı mənzillər 10,2, ikiotaqlı otaqlı mənzillər 7,9, üçotaqlı mənzillər isə 5,6 faiz bahalaşıb. Eyni zamanda Bakı şəhərinin rayonları üzrə mənzillərin 1 m2 orta təklif qiyməti 2021-ci il ilə müqayisədə Binəqədi rayonu üzrə 1 484,0 manatdan 1 558,0 manata, Qaradağ rayonu üzrə 1 140,0 manatdan  1 242,0 manata, Nərimanov rayonu  üzrə 1 741,0 manatdan 1 852,0 manata, Nəsimi rayonu üzrə  1 836,0 manatdan 2 056,0 manata, Nizami rayonu üzrə 1 467,0 manatdan 1 540,0 manata, Sabunçu rayonu üzrə  1 373,0 manatdan 1 469,0 manata, Səbail rayonu üzrə  1 951,0 manatdan  2 146,0 manata,  Suraxanı rayonu üzrə 1 220,0 manatdan  1 281,0 manata, Xətai rayonu üzrə 1 585,0 manatdan  1 776,0 manata, Yasamal rayonu üzrə  1 500,0 manatdan  1 610,0 manata yüksəlmişdir.

Monitorinqin nəticələri ilə aşağıda qeydə olunmuş cədvəl vasitəsilə tanış ola bilərsiniz.

Xatırladaq ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət  Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.

Şirkət tanınmış “JSC International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyorudur. Şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

Şirkətin təsisçisi və direktoru Vüqar Oruc isə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, tanınmış iqtisadçı ekspertdir.fed.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR