Şor pendir qiymətinə, pendir ət qiymətinə: Kasıb nə yesin? - FOTOLAR

28 yanvar, 2022 11:42

Ucqar kənd evinə gələn qonağın, gedən zaman səhər-axşam yeyilən şora işarə edib, “mən gedirəm, amma bu ağ şey nədirsə, sizi qıracaq” məsəlini danışıb, qəhqəhə çəkənlərə fikir verməyin. Tamamilə əksinə, bizi qıran yox, bizi saxlayan qidalardandır şor. Müasir tibbin belə məsləhət gördüyü, sümüklərin və insan skeletinin formalaşmasında əvəzsiz nemət olub şor. Ona görə “olub” deyirik ki, əvvəllər imkansız kütlənin əli çatan bu nemətin son vaxtlar qiyməti ceyran belinə qalxıb, özü isə “delikateslər” siyahısında qərar tutub. Hələ onu da deyək ki, söhbət dədə-baba üsulu ilə hazırlanmış təbii şordan yox, quru süddən hazırlanan, min bir kimyəvi qatqı ilə ortaya çıxan şordan gedir.

Beləcə indi şor pendir qiymətinə, pendir ət qiymətinə, çörək şor qiymətinə olub...

Bəs kasıb səhər nə yesin?

Qədimdən şor çörək kasıbların səhər yeməyi olub. Süfrəsində heç nəyi olmasa da, bir ailənin şoru mütləq olardı. Uzağı 2 il əvvəl bir kilosu 2-3 manata olan şor, 6-7 manata qalxıbsa, əlbəttə yanındakı pendir də bahalaşacaq. Ötən il qiyməti 5-6-7 manata olan pendirlər indi marketlərdə 9-18 manatadır.

Rayonlarda, kəndlərdə insanlar həyətlərindən 1-2 manata satdığı tər-təmiz şor şəhərə gəlib çıxan yolları süni sürətdə bağlanır, əvəzində pendir sexlərinin quru süddən hazırladığı adi şor marketlər şəbəkələrindən keçib süfrəmizin başına oturur. Özü də od qiymətinə...

Bu şorun maya dəyəri neçə manata qalxıb ki, satış qiyməti ceyran belinə çıxıb?

Görəsən, istənilən artıma iqtisadi terminləri köməyə çağırıb don geydirən iqtisadi-ekspertlər şorun 6-7 manat olmasını necə şərh edir?

Kiçik bir hesablama aparsaq görərik ki, 5 nəfərdən ibarət bir ailə hər səhər 500 qram şor istehlak edərsə, bu bir ay ərzində 14-15 kq şor edir.

Bəs sizin, bir ayda şora verməyə 70-80 manat pulunuz varmı?

Medicina.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR