"Pullar korrupsiya yolu ilə əldə edilibsə, bu, cinayətdir" - Abuzərlinin dəbdəbəli həyatı ilə bağlı açıqlama

28 yanvar, 2022 16:10

BAXCP sədri, deputat  Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən oğlu 20 yaşlı Xalid Oqtay oğlu Abuzərli dəbdəbəli həyatı ilə gündəmdədir. 

“Demokrat.az” "32gun.az" saytına istinadən xəbər verir ki, DGK-nın 20 yaşlı əməkdaşı özünün təmtəraqlı həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirməkdədir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır. X.Abuzərli müxtəlif markalı bahalı avtomobillərin üzərində “90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. Ona məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir. Onu da bildirək ki, X.Abuzərli Londonda təhsil alıb.

Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, BAXCP sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub.
 
Yayılmış məlumatlarla bağlı fikirlərini “Demokrat.az”a bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bütünlükdə dəbdəbəli həyatın özü nadanlığın, cahilliyin əlamətidir. 



Partiya sədri bildirib ki, bu kimi hallar kompleksli insanlarda olan şeydir: “Dünyanın ən varlı adamları belə çalışırlar ki, mütəmadi bir həyat sürsünlər, çünki insanı insan edən onun malik olduğu sərvət deyil, şəxsi ləyaqətidir, bacarığıdır, qabiliyyətidir. İndi bu adam qanuni yollarla pul qazanıbsa, belə xərcləyirsə, nə deyə bilərik? Əgər korrupsiya yolu ilə əldə edilibsə, bu artıq cinayətdir, gərək hüquq-mühafizə orqanları tədbir görə, araşdıra. Bu adam bunu haradan oğurlayıb? Necə oğurlayıb? Kiminkini oğurlayıb? “.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR