Hazırda həbsdə olan oğru və quldur generalın daha bir əmlakı üzə çıxdı - 10 milyon dəyəri var

28 yanvar, 2022 22:21

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin həbsdə olan keçmiş rəisi general Mövlam Şıxəliyevin daha bir obyekti üzə çıxıb.

"Azsiyaset" qaynarinfo.az-a istinadla xəbər verir ki, araşdırmalar zamanı Xaçmazda fəaliyyət göstərən "Çoban Bulaq” İstirahət Mərkəzində də generalın payının olduğu məlum olub. İstirahət Mərkəzinin 50 faizi Mövlam Şıxəliyevin xanımı Aybəniz Şıxəliyevanın adına rəsmiləşdirilib. Bu, 2010-cu ildə baş verib. İstirahət mərkəzinin digər sahibi isə Məmməd adlı şəxsdir. Onun generalla hansı şərtlər müqabilində ortaq olması bəlli deyil.

Aybəniz Şıxəliyeva

"Çoban Bulaq” İstirahət Mərkəzi Dövlət Vergi Xidmətində "Çoban Bulaq” MMC kimi qeydə alınıb. MMC-nin qanuni təmsilçisi Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevdir. Reyestr məlumatlarında göstərilir ki, MMC 31 avqust 2010-cu ildə qeydiyyatdan keçib. Həmin vaxt Elgün Şıxəliyev Nəqliyyatda Baş Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. Atası həbs ediləndən sonra isə işdən çıxıb.

Elgün Şıxəliyev

"Çoban Bulaq” İstirahət Mərkəzinin ümumi dəyərinin 10 milyon manat civarında olduğu bildirilir. İstirahət mərkəzində 600 nəfər üçün nəzərdə tutulmuş qapalı zal, 600 nəfərlik açıq məkan, 33 kottec, uşaqlar üçün əyləncə mərkəzi və 60 "besedka” fəaliyyət göstərir.

Əldə etdiyimiz məlumata görə, yaxın vaxtlarda bu obyektə baxış keçiriləcək. Mövlam Şıxəliyevin digər əmlakları kimi, "Çoban Bulaq” İstirahət Mərkəzinin də üzərinə həbs qoyulacağı güman edilir.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyev də MTN-nin digər vəzifəli şəxslərinin cinayət işinə baxılır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR