Partiya sədri bahalı həyat tərzi ilə gündəmə gələn gənc gömrükçü barədə - "Bunlar harınlayıb, həbs edilməlidirlər…"

29 yanvar, 2022 16:18

Xəbər verdiyimiz kimi, son günlər mediada harınlanmış məmur övladlarının fotoları yayılıb. Bunlardan biri də BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən oğlu 20 yaşlı Xalid Oqtay oğlu Abuzərlinin fotolarıdır. Belə ki, DGK-nin 20 yaşlı əməkdaşı çəkinmədən özünün təmtəraqlı həyat tərzini sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır. Qeyd edək ki, X.Abuzərliyə məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə “90 LJ 900” dövlət nömrə nişanı vurulub ki, bütün bunlar da qanuna ziddir.

Bu cür davranışlara münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında bildirib ki, bu gün bir çox məmur balaları ölkəni talan ediblər, dağıdıblar. 

Partiya sədri vurğulayıb ki, bu cür adamlar qaziyə 100 manat tapıb pul verə bilmirlər, amma dəbdəbəli həyat yaşayırlar:

“Bunlar xalqı saymırlar, ictimai rəyi nəzərə almırlar və onlara edilən basqıdan heç bir nəticə çıxarmırlar. Ona görə də, bunların ataları ilə haqq-hesab çürütmək lazımdır. Yadınıza gəlirsə, cənab Prezident İlham Əliyev bir neçə il bundan öncə keçirdiyi müşavirələrinin birində dedi ki, onların atalarını mən qoymuşam və mən də tədbir görəcəyəm. Amma çox təəssüf ki, bu cür məmur balaları adam saymırlar, harınlaşıblar. Ona görə də, bunların hamısı həbs edilməlidir. Bütün maşınları satılıb, şəhid ailələrinə, qazilərə verilməlidir. Xalq bunların qabağını kəsməlidir, qazilər gedib həmin məmur balalarının maşınlarını almalıdırlar! Deməlidirlər ki: “Sizin haqqınız yoxdur. 44 günlük Vətən müharibəsində birinizin burnu qanamadı. Bu gün də harınlıq edirsiniz, ayağı kəsilən qaziyə acıq verirsiniz.” 

"Bu gün mənim niyə var-dövlətim yoxdur? 33 ildir bu dövlətə canımı qoymuşam, bu dövlətə xəyanət edənlərlə “vuruşa-vuruşa” axırda ürəyimi də “qurban” verdim. Amma, görürsünüz bunların başında tükləri də ağarmayıb. Çünki arsız adamlardır. Bu gün biz dərman almağa pul tapmırıq, bunların övladları isə harın həyat sürürlər. Haradan alıblar bunları? Nəyin hesabına yaradıblar? Soruşulsun, bütün bunlar. Bu var-dövləti nə ilə alıblar? Bütün bu məsələlər gündəmə gəlməlidir” - deyə partiya sədri vurğulayıb. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR