Qüdrət Həsənquliyev Prezidenti niyə hədəfə çıxarır? - Deputatın "siyasətdənkənar dərin təhlili..."

31 yanvar, 2022 00:56

Kiməsə adi görünə bilər, kimsə heç fərqinə də varmaya bilər, amma ölkə siyasətini az-maz izləyən hər bir vətəndaş deputat Qüdrət Həsənquliyevin ölkə başçısına yönəlik ittihamlarından şoka düşə bilər. 

Təsadüfi deyil ki, sosial mediada maraqlı suallar ortaya çıxır: radikal müxalifətin hər gün sosial şəbəkələrdə səsləndirdiyi bu ittihamı Qüdrət Həsənquliyev niyə təkrarlamalı idi ki? 

Rusiyaya bəraət qazandırıb Prezidenti hədəfə çıxarmaqda deputatın məqsədi nə ola bilərdi? Həm də Rusiya-Ukrayna gərginliyi fonunda Moskavaya qarşı ittihamların səsləndirildiyi bir zamanda...

Söhbət Müsavat TV-nin efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi fikirlərdən gedir. Amma bunlar sadəcə, bir fikir deyil, cənab Prezidentə qarşı təxribat və Vətən müharibəsinə qarşı bir neçə aydır ki, səsləndirilən qarayaxmalara haqq qazandırmaqdır.

Həmin verilişdə Xural TV-nin rəhbəri Əvəz Zeynallı ilə BAXCP sədri, deputat  Qüdrət Həsənquliyev arasında Rusiya mövzusunda fikir ayrılığı yaşandı.

Təhlil zamanı Ə.Zeynallı Ukrayna ilə Azərbaycan arasında müqayisə apardı, ardınca isə iştirakçılar arasında fikir ayrılığı yarandı.

 Öncə həmin dialoqu təqdim edək:

Ə.Zeynallı: Hələ biz də Qarabağdakı badirəni tam keçməmişik. Xankəndi durur, rus ordusu ordadır.

H.Babaoğlu: Müqayisə o vaxt uğurlu olar ki, bu proseslər inşallah, Ukraynanın ərazi bütövlüyünün formalaşması başa çatsın, sonra danışaq.

Ə.Zeynallı: Rus ordusu orda dayanıb. Hər ağlına gələni də edir.

Q.Həsənquliyev: Ona görə də rus orda dayandığı üçün biz rusu düşmən elan etməli deyilik. Əvəz bəy Rusiya əleyhinə çox kəskin danışır. Bir ölkəni ki, sən bura çağırmısan, öz torpaqlarına dəvət etmisən…

Ə.Zeynallı: Rusu bura kim çağırdı?

Q.Həsənquliyev: Prezidentin icazəsi olmadan Rusiyanın bura gəlməsi mümkün deyildi.

Ə.Zeynallı: Prezident də çağırmadı. İsgəndər M atıldı, vertolyotumuzu vurdular. Kim etdi bunu? Rusiya etdi.

Q.Həsənquliyev: Prezident üçtərəfli atəşkəs haqda bəyannaməni imzalayıb və bir neçə saat sonra rus qoşunları girib Azərbaycana.

Ə.Zeynallı: Bir neçə saat sonra yox, dərhal.

Q.Həsənquliyev: Nə dərəcədə məntiqlidir ki, bir ölkənin əsgərlərini buraxırsan ölkənə, sonra da onu düşmən elan edirsən? Bu, hansı məntiqə sığır? O əsgərlər bizim maraqlarına toxunan addım atsa…

Ə.Zeynallı: Qüdrət bəy, bizim şəhidlərimiz rus sülhməramlılarının müvəqqəti yerləşdiyi yerdən vurulub eee…

Q.Həsənquliyev: Adi insanlar belə bir çox prosesləri təhlil edir. Bir nəfər bu yaxınlarda mənə dedi ki, bəzi adamlara mən diqqətlə televiziyalarda qulaq asıram. Deyirlər ki, biz Rusiyanı niyə Qarabağa buraxdıq. Əslində isə biz Rusiyanı Qarabağa buraxmadıq, Rusiya bizi Qarabağa buraxdı. Bir hissəsini nəzarətində saxlayıb…

H.Babaoğlu: Bu da yanlış yanaşmadı.

Ə.Zeynallı: 3 min şəhid vermişik biz.

R.Arifoğlu: Qüdrət bəy, siz siyasətdən kənar dostlarınızın dediklərinə çox fikir verməyin…

Bu dialoqda deputat açıq-aydın Rusiya ordusunun bura ölkə başçısı tərəfindən dəvət edildiyini deyir, hətta Əvəz Zeynallı və Rauf Arifoğlunun iradlarına baxmayaraq. Hələ bu azmış kimi, “Rusiya bizi Qarabağa buraxdı” tipli antimüharibə tərəfdarlarının “Qarabağı Rusiya bizə peşkəş etdi” tezisini də təkrarlayır. Bu, birmənalı olaraq, ölkə başçısının xarici və daxili siyasətini açıq hədəfə qoymaqdır, habelə onun mötəbər kürsülərdə Qarabağ həqiqətlərini dünyaya bəyan etməsini, bu mövzudakı prinsipal mövqeyini görməzdən gəlmək, 3 min şəhidin Vətən savaşındakı müqəddəs missiyasına kölgə salmaqdır. Hətta işğalçı ölkənin komandanı Paşinyan belə fikir səsləndirməyə ürək etməmişdi, dəfələrlə Ermənistan rəhbərliyinin Qarabağ mövzusunda İlham Əliyevə uduzduğunu demişdi, xüsusən də “Kazan görüşü”ndə Ermənistanın açıq məğlubiyyətini etiraf etmişdi. 

Təəssüf ki, hakim partiya YAP-ın üzvü, deputat Hikmət Babaoğlu da Həsənquliyevin layiqli cavabını vermədi. 

Bəs Qüdrət Həsənquliyevin “Qarabağı bizə Rusiya verdi” mesajının arxasında nə dayanır? Onun bu iddianı kimin və ya kimlərin sifarişi ilə səsləndirdiyini deyə bilmərik, amma 3 min şəhid və bir o qədər də Qarabağ qazisinin zəhmətini yerə vurmaq, Ali Baş Komandan İlham Əliyevin müzəffərliyinə şübhə ilə yanaşmaq,  sadəcə, nankorluqdur. Demək, Qüdrət Həsənquliyev “köhnə müxalifətçiliyi”ndən və əski “anti-Azərbaycan”çılıq mövqeyindən hələ də daşınmayıb. Hətta biz ötən yazımızda da buna toxunmuşduq, əksini düşünə bilmirik, bunu “5-ci kolon”un sifarişi adlandırmağa yetərincə sübutumuz yoxdur, amma bu iddialara başqa bir ad da vermək mümkünsüzdür… 

O da aydın oldu ki, başı jurnalistləri hədələmək və təhdid etməyə qarışan deputat siyasi mövzularda məsləhətlərini də “siyasətdən kənar” dostlarından alırmış. 

Əslində, Rauf Arifoğlunun ironik replikası da deputatı çətin vəziyyətdə qoydu: “Qüdrət bəy, siz siyasətdən kənar dostlarınızın dediklərinə çox fikir verməyin…”

Görəsən, doğrudan da, deputatın “siyasətdən kənar” dostları kimlərdir? Yoxsa, Qüdrət Həsənquliyevin sifarişi ilə mətbuatla təhdid dilində danışan biznes ortağı Oqtaymı? 

Özünü müxalifət, parlament partiyası sayan bir siyasətçi Oqtaylamı ölkə qurur? Bu cür suallar çoxdur, amma əsas sual açıq qalır: Qüdrət Həsənquliyevin ölkə başçısını hədəfə qoymaqda məqsədi nə idi? 

Bu, Azərbaycana atılan “İsgəndər M”-ə xidmətdir, yoxsa onun sahibinə? Yoxsa bu, “ayı”ya “dayı” deməkdir?!

Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR