"3 dəfə Prezidentlə görüşməyimə baxmayaraq, Hacıbala Abutalıbov mənə dedi ki..."

31 yanvar, 2022 01:11

“İndiyə qədər bir çox bahalı saatları təmir etmişəm. Bir dəfə 200 minlik saat gətirmişdilər, ehtiyat hissələri 900-1000 manat arası idi. Bu saatı təmir etdiyimə görə mənə 200 manat zəhmət haqqı verdilər. Hətta saatın görüntülərini də sosial şəbəkədə paylaşmışdım. Dünyada elə bir saat yoxdur ki, onu mən təmir edə bilməyim. İtalyanlar Bakıda olanda mənim haqqımda da gəlib film çəkmişdilər. Sənətkarın pisi, yaxşısı yoxdur. Sadəcə olaraq işini sevməli, səbrli olmalısan”. 

"Azsiyaset" xəbər verir ki, bunu moderator.az-a açıqlamasında məşhur saatsaz Hacı Fətəliyev deyib.

O daha sonra əlavə edib:

“Uzun illərdir ki, 5 kvadratlıq yerdə çalışıram. İşim günü-gündən çoxalır, özüm də yaşlanmışam, orada hərəkət etmək mənə çox çətindir. Respublikanın 85 faizi saatını məndə düzəltdirir. Ehtiyat hissələri yığmağa, saat asmağa yer tapa bilmirəm. Çox istərdim ki, hər bir ölkədə olduğu kimi bizim şəhərdə də gözəl bir yerdə, böyük bir saat emalatxanası tiksinlər və mən də saatsaz kimi orada çalışım. Ətrafıma da 5-10 saatsaz gətirib, bu sənəti inkişaf etdirək. Xarici qonaqlar gəlib mənə deyirlər ki, siz məşhur adamsınız, sizin işlədiyiniz yer budur?! İnanırsınız orada havasızlıqdan əziyyət çəkirəm. O vaxt Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov idi. Ona ərizə ilə müraciət etmişəm, yanında da olmuşam. Məni qəbul etmədi, küçədə mənimlə görüşüb dedi ki, mümkün deyil, yer verə bilmərik. Prezidentə də müraciət etmişəm, heç bir cavab gəlməyib. Bilirəm ki, yazdığım məktublar cənab prezidentə çatmayıb. Çatsaydı o mütləq şəkildə mənə köməklik göstərərdi. Çünki cənab prezident məni çox yaxşı tanıyır, 3 dəfə onunla  Tarqovuda görüşmüşəm. Hətta o mənə demişdi ki, ay Hacı, sənin səsin-sorağın bütün Prezident Administrasiyasını götürüb, hamı səni tərifləyir, yaxşı sənətkarsan, halal olsun sənə!”- deyə saatsaz bildirib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR