"Ərəb turistlər kimisə evindən zorla çıxarıb otelə aparmayıb" - Fazil Mustafa

31 yanvar, 2022 12:46

“Məgər öz vətəndaşlarımız qadağan olunmuş quşları, heyvanları vurmur? İndi belədir, pulunu ver, harda, nəyi istəyirsənsə get vur. Guya ərəblərin elədikləri Azərbaycanda baş vermir? Belə çıxır ki, 2-3 nəfər ərəb gəlib genefondumuzu məhv eləyib gedir? Yaxud da ərəblər olmasa, Azərbaycanda yüngül əxlaqlı qadınlar elə işsiz-gücsüz qalacaqlar? O qadınlara bizimkilərdən yaxınlaşan yoxdur? Deməyim odur ki, bütün bunların hamısı turizm əlayhinə aparılan bir kampaniyadır. Əgər ərəb turist qanunazidd hərəktə edibsə, ortada konkret cinayət əməli varsa, cinayət işi qaldırıb həbs edin. Bu başqa məsələdir. Biz deputatlar Milli Məclisdə turizm haqqında qanun qəbul elədik. Həmin qanunda turistlərin ölkəmizə gəlməsinə imkanların yaradılması nəzərdə tutulur. gəlsinlər. Ancaq görünən budur ki, hansıa dövlət qurumlarında buna mane olan insanlar var. Onlar istəmirlər ki, ölkənin turizm potensialı artsın, dövlətimiz pul qazansın. Turistin nə ərəbi, nə ingilis, nə də fransızı olmur. Turist hardan gəlirsə gəlsin, bizim işimiz onlara imkan yaratmaqdır”.

Bu fikirləri Azsiyaset.com-a açıqlamasında deputat F.Mustafa bildirib.

Ərəb turistlərin ölkəmizə etdiyi səfərlərə münasibət bildirən deputat daha sonra qeyd edib ki, ərəb turistlərin qadağan olunmuş quşları ovlaması ilə bağlı absurd məsələləri qaldırırlar:

“O quşları hansı şəkildə yoxlayıb qadağan olunmuş heyvanlar kateqoriyasına salıblar? Bu, sadəcə təbliğatdır. Yazırlar ki, ərəb turist yolu keçəndə yerə tüpürdü. Məgər ölkəmizdə yolu keçəndə yerə tüpürən azərbaycanlı yoxdur? Ancaq o məsələ də var ki, bəli, turistlərin qarşısında tələblər qoyulmalıdır. Eyni zamanda turistin qorunmasına da dövlət təminat verir. Əgər turisti aldadadıb soyacaqsansa, hansısa məhsulu ona 10 dəfə baha qiymətə satacaqsansa, həmin turist bu ölkədən qaçacaq, bir də gəlməyəcək. Ona görə də biz turizmi inkişaf etdirmək istəyiriksə, ilk olaraq bu təbliğatın özündən başlamalıyıq. Ərəblərdən vəhşi bir obraz yaradırlar. Yaxşı, o ərəb vəhşidirsə, ərəb bir din gətirib, hamınız da o dinin içindəsiniz. Bəs bu necə olur?Əgər ərəb vəhşidirsə, dinindən də imtina edin”.

F.Mustafa onu da əlavə edib ki, “Turizm haqqında qanunda bildirilir ki, ölkəmizə gələn turistə ölkənin dəyərləri barədə məlumat verilməlidir:

“Onlar bilgi sahibi olmalıdır. O vaxt - Bakıda ali təhsil aldığımız zamanlarda bir də görürdün ki, bir zəncini döyürlər, öldürürlər. Səbəb də bu idi ki, həmin zənci hansısa qızın arxasınca düşür. Zəncilərlə bağlı kapmaniya gedirdi. Axı bu zənci pul ödəyib, sənin ölkənə gəlib. Bunun da qayda-qanunları var axı. Həmin zənci gedib normal bir adama sataşmayıb ki… Kimsə istəyibsə, o zənci ilə yaşayıb. Buna görə zənci öldürülməlidir? Deməyim odur ki, belə məsələlər süni sürətdə çox cəmiyyətdə yayılır”.

Turizm çox böyük gəlir sahəsi olduğunu bildirən F.Mustafa qeyd edir ki, turist bir qapalı oteldə hansısa iş görürsə, gedib onu güdməliyik ki, burda nə iş görürsən?

“Turist bura istirahətə gəlib. Kimisə evindən çıxarıb otelə aparmayıb ki… İndi turistə namus kodeksi qəbul etdirək? Təbii ki, bütün bu məsələlərə dövlət nəzarət yetirməlidir. Amma bütünlükdə bunu ərəb adı ilə simvollaşdırmaq olmaz. 22 ərəb dövləti var, hərəsində də bir fərqli mədəniyyət. Azərbaycana İrandan gələn turist var, indi ona deyək ki, niyə içirsən? Halbuki İranda içki qadağandır. O, bura əylənməyə gəlib, çünki orada əyləncə mümkün deyil. İndi hansısa “massaj salonu” açıqdırsa, kim istəsə ora gedəcək. O “massaj salonu”na ərəb getməsə, azərbaycanlı gedəcək. Biz turizmi inkişaf etdirmək istəyiriksə, həm də müəyyən qaydaları onların qarşısında qoymalıyıq ki, bu bizim qırmızı xəttimizdir. İzah olunmalıdır ki, qanun buna icazə verir, buna vemrir. Amma biz bütün məsələləri azərbaycanlaşdırırıq. Əfqanıstanda “Taliban” içkini qadağan edib, indi bir əfqan gəlib burda içirsə, nə edək, deyək ki, içki içmə? Axı eyni hərəkəti burada minlərlə azərbaycanlı edir. Onlar da ərəbdir? Bütün bunları bir xalqın adı ilə simnvollaşdırmaq olmaz”.

F.Mustafa qeyd edir ki, ov turizminin qanuna salınması ilə bağlı məsələ qaldırıb:

“Ancaq qanuna salmadılar. Ov turizmi nədir? Müəyyən bir yer ayırırsan, turist də gedib orada ov eləyir. Deyək ki, turist bir qabana görə 10 min manat ödəyir.  Bütün dünyada belədir, buna imkan yaratmaq lazımdır. O ki qaldı “Qırmızı kitab”a düşən quşlara… Deyim ki, bizdə artıq insan qırmızı kitaba düşür. Biz indi insanları qoruya bilmirik. Ora heyvanları yox , alimləri salmaq lazımdır. Ölkədə normal 3-5 nəfər alim qalıb. Onlar düşməlidir o kitaba. İndi ortaya düşüb quş qoruyacağıq? Bütün bunları vahiməli şəkildə təqdim etmək turizmə ciddi zərbə vurur”.

Azsiyaset.com

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI