AMEA-da Ramiz Mehdiyev xofu - Alimlər nədən qorxur?

02 fevral, 2022 09:30

AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Ramiz Mehdiyevi istefaya çağırıb.

O, apa.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiyanın inkişafına dair təqdim edilən proqram dünya elminin daha intensiv inkişaf etdiyi müasir dövrdə onun tələblərini nəzərə almaq əvəzinə, elmətrafı məsələlərə həsr edilib:

K.Şükürov qeyd edib ki, Ramiz Mehdiyev pandemiya şəraitinin tələblərinə uyğun olaraq akademiyanın səmərəli fəaliyyətini təşkil edə bilmədi, vəziyyətdən sui-istifadə edərək şəxsi hakimiyyətini möhkəmləndirməyə çalışdı: “Ən yolverilməz məsələ isə akademiya prezidentinin şəxsi keyfiyyətlərinin ictimaiyyət arasında ciddi tənqid hədəfinə çevrilməsidir. Ramiz Mehdiyev Azərbaycan elminin liderindən daha çox, onun əngəlinə çevrilib. Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”.

Cebhe.info AMEA-nın institut rəhbərlərinin bununla bağlı fikirlərini öyrənməyə çalışıb.

Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli mövzu ilə bağlı danışmaq istəmədiyini bildirib. O, "Ora başqa institutdur, biz başqa. Məsələnin bizim instituta aidiyyəti yoxdur. Üzrlü sayın, mənim bu mövzu ilə bağlı heç bir fikrim yoxdur", - deyə bildirib.

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov isə bu işlərə qarışmadığını deyib: "Mən bu işlərə qarışmıram".

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanovun səsi telefonda əvvəlcə çətin duyulsa da, təkrar zəngə cavab verilməyib.

Fizika İnstitunun baş direktoru, akademik Arif Həşimov da mövzudan telefon zəngini əsas gətirərək yayınıb və digər şəxslərlə danışmağı məsləhət görüb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR