İlham Əliyevin gənclərlə görüşündə verdiyi MÜHÜM MESAJ

03 fevral, 2022 14:23

Dünən - fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak edən Prezident İlham Əliyevin çıxışı tarixi və mühüm tezislərlə yadda qaldı. İ.Əliyev gənclərin Qarabağdakı rolundan, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud olan acınacaqlı durumdan, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən və s. digər vacib məsələlərlə bağlı danışaraq Azərbyacanın gələcək inkişafının əsas konturlarını açıqladı.

Prezidentin toxunduğu ən mühüm məsələlər içərisində milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi ilə bağlı söylədiyi fikirlər idi. Bu fikirlər icrası bütün dövlət qurumlarının, televiziyaların, ayrı-ayrılıqda müxtəlif sahələrdə çalışan vətəndaşların fəaliyyətlərinin əsas istiqamətinə çevrilməlidir.

Əgər milli-mənəvi dəyərlərimiz olmasaydı, bu günkü Azərbyacan hansı vəziyyətdə olardı? Erməni qəsbkarlığına, üzləşdiyimiz soyqırımlara baxmayaraq, Azərbaycan xalqı əsrlər boyu öz mental-tarixi dəyərlərini qoruyub saxlamağı bacarıb. Müstəqil Azərbaycanın milli-mənəvi dəyərlər üzərində qurulduğunu nəzər çatdıran Prezident İ.Əliyev qeyd edir: “Bir halda ki, azad olmadığımız dövrdə, əsrlər boyu həm müstəmləkə, həm başqa ölkələrin tərkibində yaşadığımız dövrdə əgər biz bu dəyərləri qoruyub saxlamışıqsa, indi əlbəttə, biz bu dəyərləri qoruyub saxlamalıyıq”.

Zənnimcə, ən vacib olanı da məhz budur. Azərbaycan kənar təsirlərdən, xüsusilə qrant layihələrlə gənclərin zonbiləşməsinə yönələn “qlobal” elementlərdən imtina etməlidir. Artıq “qloballaşma” termini kütləşib, dəyərini itirib və məhz bu ad altında müxtəlif dünya xalqları, xüsusilə də müsəlmanlar ciddi mənəvi terrora məruz qalırlar.

Sanki əksər ölkələrdə qlobalistlərlə milli-mənəvi dəyərlərin daşıyıcıları olan qüvvələr arasında savaş gedir, ölkələrin daxili işlərinə müdaxilə halları artmaqdadır. Bəs bu proses necə həyata keçirilir? Prezident İ.Əliyev bu məsələyə yanaşması daha milli və praqmatikdir:

"… qloballaşma bu gün başqa ad altında kök salır. Bu meylin əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, bərabərlik, qloballaşma, yaxud da insanları, xüsusilə gəncləri vahid dəyərlər, dırnaqarası dəyərlər ətrafında birləşdirmək, kosmopolit gənclər yetişdirmək və təbii ki, ondan sonra o ölkələri idarə etməkdir". 

Həqiqətən də əksər qlobal çağırışların arxasında ölkələrin “səssiz işğal”I amili dayanır. Dahilər boş yerə deməyib ki, əgər bir ölkənin gəncliyini məhv edə bilsən, o ölkə sənindir.

Təsadüfi deyil ki, Prezident İ.Əliyev çıxışı zamanı qlobalistləri şərti olaraq “Sorosçu”ları adlandırır: “… fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.

Heç şübhəsiz, Dövlət başçısının bu fikirlərini analiz edəndə açıq mənzərə və müxtəlif fondler vasitəsilə kənar təsirlərin altına düşərək əcaib kosmopolit “dəyərlərin” daşıyıcısına çevrilən insanlar və müəyyən marginal qruplar gözümüzün önündə canlanır.

Biz bu elementləri nə zaman daha açıq şəkildə görə bildik?

44 günlük Vətən Müharibəsi zamanı torpaqlarımızı azad etmək üçün aparılan haqlı müharibəyə, mübarizəmizə qarşı çıxan “azərbaycanlılar” az olmadı. Onlar az qalırdı ki, Azərbyacan torpaqlarında öldürülən ermənilərə yas tutsunlar. Ancaq öldürülən ermənilərin Azərbyacan torpaqlarında hansı səbəblə olduqlarını qulaq ardına vururdular.

Müxtəlif fondların qrantları hesabına “qloballaşan” gənclər nə düşünürlər?

- Azərbaycan torpaqlarını azad etməməli idi, ən azı ona görə ki, müharibədə ermənilər də öldürüləcəkdi.

- Küçələrdə, ictimai yerlərdə milli-mənəvi dəyərləri qorumaq lazım deyil, istənilən çılpaq hərəkətləri hər kəsin gözünün qarşısında da etmək olar. Onlar milli dəyərləri “gerilik” kimi qəbul edirlər.

- İnsanlar öz ölkəsinin keçmişindən, tarixindən imtina etməli, yalnız “qabağa” baxmalıdır, bunun üçün də ölkənin sərhədləri başlı-başına buraxılmalıdır, kim istəyirsə, Azərbaycana istədiyi ideologiyanı, istədiyi qədər pulu gətirə bilər.

- Hər vəchlə dövlətə qarşı itaətsizlik nümayiş etdirilməlidir və bunun üçün də mütləq bir bəhanə tapılacaqdır və s.

Ancaq əsas sual budur: Tutaq ki, bütün bunlar baş verdi, o zaman ölkəmizin müstəqilliyini qorumaq mümkündürmü? Təbii ki yox! Bu konteksdə Dövlət başçısının fikirlərinə diqqət edək: “Ona görə milli dəyərlər təkcə əcdadlar qarşısında bizim mənəvi borcumuz deyil, eyni zamanda, ölkəmizi daim müstəqil saxlamaq, ölkəmizi daim kənar təsirdən qorumaq və nəsillər arasındakı o mənəvi ipləri qırmamaq üçün bu, mütləq lazımdır”.

Həqiqətən də milli-mənəvi dəyərləri qorumadan müstəqilliyi qorumaq mümkünsüzdür. Çünki hər bir dövlətin müstəqilliyi özünün milli dəyərlərinə əsaslanır. Bu dəyərlərdən imtina etmək müstəqillikdən də imtina etmək deməkdir.

Milli-mənəvi dəyərlərimizin ən vacib atributu olan Ana dilimizin qorunmasının vacibliyi də Dövlət başçısının çıxışının əsas qayəsini təşkil edirdi. O, bunun üçün televiziya vı mətbuatda kənar ifadələrin işlədilməsinin yolverilməz olduğunu da bildirdi. Bəli, dilmizin inkişaf etməlidir, amma milli köklə üzərində…

Müəllif: Samir Feyruzov

Azsiyaset.com

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"