Ramiz Mehdiyev niyə getməlidir?

04 fevral, 2022 10:29

Əminəm ki, hazırda Ramiz Mehdiyevlə AMEA-nın alimləri arasında gedən savaşı İranın beyin mərkəzləri və xüsusi xidmət orqanları mikroskopla - xüsusi həssaslıqla izləyirlər. Məncə, yanılmıram! Niyəsini aşağıda izah edəcəm.

84 yaşlı R.Mehdiyev dirəniş göstərir, uzun illər ölkədə xaotik proseslərin ən yırtıcı və despot dirijoru kimi tanınan “Boz kardinal” kreslodan qopmaq istəmir.

Bəs nəticədə nə baş verir? AMEA bazara, intriqa yuvasına çevrilir. Hazırda AMEA-nın bütün əməkdaşları Mehdiyevlə alimlərin davasına tamaşa edirlər, heç kəs elmlə məşğul olmur. Sanki filmin sonunu gözləyirlər. Bəs bu davada qalib kimdir? Qalib yoxdur, amma uduzan Azərbaycan elmidir! AMEA nəhənglikdə bir qurumun bazara çevrilməsi ürəkağrıdıcı mənzərədir. Axı AMEA siyasi partiya, QHT deyil... Bu qədər ittihamlar qarşısında R.Mehdiyev getməli idi.

Maraqlıdır, dirəniş göstərir.

AMEA-da Tarix, Ədəbiyyat, Şərqşünaslıq və Folklorşünaslıq İnstitutlarının bu proseslərdəki mövqeyi xüsusilə həssas münasibət tələb edir. Yuxarıda qeyd etdiyim kimi, məhz İran amilinə görə... Çünki İran tarixi ilə Azərbaycan tarixi bir çox məqamda toqquşur.

AMEA-da baş verənlər boşluqların yaranmasına gətirib çıxarır. Bizi özünə rəqib sayan qonşularımız da yaranmış bu fürsətdən istifadə edərək içəri doluşurlar. Ağıllı adamlar söhbətin nələrdən getdiyini anlamış olmalıdırlar.

Bunun bircə yolu var: Mehdiyev getməlidir! Və oradakı bu bazar mühiti yığışdırılmalıdır və AMEA-nın fəaliyyətində inqilabi dönüş olmalıdır.

Ramiz Mehdiyev, siz dirəniş göstərməklə kimlərə fürsət verirsiniz? Prezident İlham Əliyev sizi 2019-cu ild PA-dan hörmətlə yola saldı. AMEA-dan da özünüz gedin, Dövlət başçısı gəlib buradan da sizi yola salası deyil ki...

R.Mehdiyevin dirənişinin səbəbləri barədə də düşünmək lazımdır. Bu, nə ola bilər?

Birincisi, Mehdiyevi hansısa kənar qüvvələr dirəniş göstərməyə məcbur edirlər ki, AMEA-da intriqalar başlasın və nəticədə Azərbaycan elminin baş qərargahının olan qalan sütunları da çilik-çilik olsun.

İkincisi, Mehdiyev elə düşünür ki, onun vəzifəyə təyinatı və yaxud vəzifədən çıxarılması istənilən halda məhz ölkə başçısının iradəsi daxilində baş tutmalıdır.

Üçüncüsü, o, 24 il qarşısında təzim edən, vaxtilə kənardan adi dirijor çubuğu ilə idarə etdiyi AMEA-nın alimlərinin sözü ilə çıxıb getməyi özünə sığışdırmır.

Amma R.Mehdiyev belə bir həssas məqamda öz yaşına uyğun tərzdə davranmalıdır. Bu gün sabah eşitsəniz ki, məsələn, Hövsan bələdiyyəsinin sədr müavini, taksi sürücsü, yaxud hansısa rayon icra hakimiyyətinin baş məsləhətçisi də yerli media ilə Mehdiyevi istefaya səsləyir, təəccüblənməyin.

Bəlkə elə Mehdiyevin istədiyi də budur. Ki, onun istefasına yönələn çağırışlar getdikcə öz ciddiliyini itirsin. Ancaq bu durumun özünün də Mehdiyevi hara aparacağını bilməlidir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR