"Xankəndinin azad olunmasını 3-4 il gözləməliyik" - Aqil Abbas

05 fevral, 2022 01:28

“Laçın dəhlizini bağlamaq bizim əlimizdə deyil”.

Bu gün bu sözləri TV Müsavatın efirində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində millət vəkili Aqil Abbas bildirib. Onun sözlərinə görə, biz sənədə qol çəkmişik və hələ ki, 5 il müddətinə ərazi onların əlindədir, nəzarət etməlidir:

“Onlar da nəzarət etmək əvəzinə, hər kəsin ora gəlib getməsinə icazə verirlər. Fransanın prezidentliyə namizədi də gəlib getdi icazəsiz. Sülhməramlılar sülh yaratmırlar, amma eyni zamanda mənim onlara yazığım gəlir. Ermənilərə nökərçilik edirlər. Kartof əkirlər, üzüm əkirlər, ev tikirlər, uşaqlarına güllə atmağı öyrədirlər. Doğurdan yazığım gəlir. Rusiya kimi bir imperiya beş-on erməniyə nökərçilik edir”.

A.Abbas eyni zamanda bizim Şuşaya Füzulidən keçərək getməyimizə də toxunub. “Necə ola bilər ki, biz Şuşaya Füzulidən gedək?” deyə sual edən A.Abbas Ağdamdan Şuşaya 37 kilometr olduğunu xatırladıb:

“Axırıncı Qarağacdan götürəndə 30 kilometr düşür. Niyə onlar Laçın dəhlizindən gəlib gedə bilərlər, amma biz Kəlbəcərə Toğanadan getməliyik? Ağdərədən gedə bilərik halbuki. Necə ki, onlara icazə verirlər gəlməyə, bizə də. Yük maşınlarını Suqovuşandan yoxlayırlar. Sülhməramlıar da erməni polislərin böyründə kukla kimi dayanıb. Bizə göz dağı verirlər. Biz də bir az tələsirik. 30 il Qarabağın azadlığını gözlədik. 3-4 il də Xankəndinin azad olunmasını gözləməliyik”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR