Kredit istəyən 3 min tələbə "YOX" cavabı aldı
07 fevral, 2022 12:47
"5000 tələbə təhsil tələbə krediti üçün müraciət edib".
Bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev məlumat verib.
O qeyd edib ki, müraciətlərdən 1945-nə müsbət rəy verilib:
"Qalan tələbələrdən 1200 nəfərin müraciəti emal olunub və onların rəsmiləşdirilməsi yaxın iki həftə ərzində yekunlaşacaq. Təxminən 400-ə yaxın müraciət texniki baxımdan tamamlanmayıb".