AMEA 2 milyonluq büdcəsi olan kitabı "Google Translate"də tərcümə edib

08 fevral, 2022 19:02

“Bu kitab Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 may 2012-ci il tarixli sərəncamına əsasən çap olunub. 2 milyon pul ayrılmışdı. Prezidentin 2 milyon ayırdığı pulu gör, nələrə xərcləyiblər? Hələ mən onu demirəm, maqintafonlar alıblar. Dilçilik İnstitutuna maqintafonlar nəyə lazımdır? 200-300 manata kompüter alıb, nə bilim, 1000 manat, neçəyə sənədləşdiriblər”.

"Azsiyaset" “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, bu sölzəri professor, AMEA-da Dilçilik İnstitutunun şöbə müdiri İdris Abbasov deyib. O, öz darısqal mənzilində axtardığı Emil Benvenistin “Ümumi dilçilik problemləri” əsəri barəsində danışıb.

Professorun sözlərinə görə, 400 səhifəlik əsərin, sadəcə 100 səhifəsi tərcümə olunub və onun da keyfiyyəti bərbaddır. Hətta alim, mətnin “Google Translate”də tərcümə olunduğunu iddia edir: “Belə bir təəssürat yarana bilər ki, bu günlərin dilçilərindən ötürü dil faktları abstraktsiyaya çevirilmişdir...”

Qeyd edək ki, İ.Abbasov AMEA-nı son 5-6 ildə vaxtaşırı KİV-də və sosial mediada tənqid edir. O, buna görə, müxtəlif səviyyələrdə təzyiqlərlə üzləşdiyini, səhhətinin də korlandığını bildirir. Alimin sözlərinə görə, sonuncu dəfə yanvarın 21-də Elmi Şuranın iclasında ondan tələb olunub ki, AMEA-nın rəhbərliyinin ünvanına tənqid səsləndirməsin. İ. Abbasov bundan sonra səhhətinin kəskin pisləşdiyini, bir neçə gündür ki, işə çıxa bilmədiyini deyir:

“Dedilər bunu mütləq burada, Elmi Şuranın qarşısında söz ver ki, bir daha Ramiz Mehdiyevin, İsa Həbibbəylinin və rəhbərliyin adını çəkməyəcəksən. Yəni sən söz ver, yoxsa sənin üçün yaxşı olmayacaq, rəhbərin adını çəkmisən, elə bilirsən, bu, asan başa gələcək? Yox! Bu sənə asan başa gəlməyəcək”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR