"Ramiz Mehdiyevi Rusiyanın Azərbaycandakı emissarı kimi tanıyıram" - Sərdar Cəlaloğlu

09 fevral, 2022 10:18

“İndi çoxları Ramiz Mehdiyevə qarşı çıxışlara başlayıb. Amma mən onunla Prezident Aparatının rəhbəri olan zaman vuruşmuşam. Akademiyanın prezidenti olduqdan sonra onunla mübarizə aparmamışam. Zamanında Mehdiyevi Azərbaycanın müstəqilliyinə əngəl olan, demokratik qüvvələrə və Qərbə qarşı kəskin mövqe tutan, Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən emissar kimi tanıyırdım. Bunu zamanında demişəm və həmin fikrimdə qalıram”.

Bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AMEA prezidenti Ramiz Mehdiyevin cəmiyyətdə tənqid hədəfinə çevrilməsindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda R. Mehdiyevi tənqid etməyi özünə rəva bilmir:

“Bu gün də Ramiz Mehdiyev kimi adamlar var. Mən “Beşinci kolon”u nəzərdə tuturam. Amma mənim Mehdiyevlə bağlı fikrim dəyişməyib”.

S.Cəlaloğlu əlavə edib ki, R. Mehdiyev zamanında ona çox pisliklər edib:

“Əgər mənim dövlətimə, xalqıma, millətimə pislik edibsə, deməli, mənə də edib. Əlbəttə, şəxsi mənada da Mehdiyev mənə pislik edib, özü də fərqli qaydada. Məsələn, mənim deputat seçilməyimə heç vaxt imkan verməyib. Sonuncu dəfə mənə vəzifə də təklif etdi. Amma mən imtina etdim. O vaxt Azad Mirzəcanzadə mənə elmlər doktoru dərəcəsi vermək istəsə də, Ramiz Mehdiyev buna imkan vermədi. Demişdi ki, Anar və Elçinə ver, sonra... Buna da mən razılıq verməmişdim. Yəni şəxsi kontekstdə də bizə pisliyi olub”.

S.Cəlaloğlu iddia edir ki, rəhbəri olduğu partiyaya və özünə qarşı anormal proseslərin başında da Mehdiyev durub:

“Amma onun mənə münasibətindən asılı olmayaraq, mənim ona münasibətim siyasi olub. Onun ölkəmizə, millətimizə, xalqımıza qarşı apardığı siyasətə müxalifətçilik edirdim”.

Partiya sədri fikrini belə yekunlaşdırıb:

“Ramiz Mehdiyev hakimiyyətdə olan dövrdə onun əleyhinə 500 səhifəlik kitab yazmışdım. Onun Azərbaycanın strategiyası haqqında yazısı çıxmışdı. Mən də bu strategiyanı tənqid edərək belə nəticəyə gəlmişdim ki, məqsəd Azərbaycan dövlətini zəiflətmək, Azərbaycanı Qərbdən uzaqlaşdıraraq Rusiyanın qoltuğuna salmaqdır. Yəni Mehdiyevin hər bir fikrinin arxasında nəyin durduğunu şərh etmişdim. Ramiz Mehdiyev siyasi işdən gedəndən sonra onunla maraqlanmıram. Amma o, indi də AMEA-da intriqa yaradır, hansısa idarəçilik sistemi qurur”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR