"Tərtər işi"nə görə həbs edilənlərdən biri hərbi hissə komandiridir

09 fevral, 2022 16:04

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Tərtər hadisələri ilə bağlı həbs olunan bir sıra şəxslərin adlarını açıqlayıb. 

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlunun rütbəsi polkovnik olub. O, Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsinin komandiri kimi 2017-ci ilin aprel-may aylarında tabeliyində olan şəxsləri təhqir etməkdə, döyməkdə, işgəncə verməkdə ittiham edilib. 

Tərtər Hərbi Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli hökmü ilə ona elan edilmiş qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə ittihamları sübuta yetirilmədiyindən bu maddələr üzrə komandirə bəraət verilib.

Yekunda V.Ələsgərov 3500 manat cərimə olunmaqla həbs edilməyib. Hazırda yenilənən istintaqla polkovnikə Cinayət Məclləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham elan olunub.

CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən Axundov Fuad Arazi oğlu isə ədliyyə mayoru olub. O, N saylı hərbi hissədə Vüsal Ələsgərovun hüquq işləri üzrə köməkçisi kimi çalışıb. Tərtər hadisələri zamanı qeyri-qanuni sorğulama məntəqəsi yaradıb. Düşmən xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhələndiyi hərbçiləri Vüsal Ələsgərov vasitəsilə həmin məntəqəyə aparıb. Hərbi hissənin kəşfiyyat bölüyünün əsgərlərini isə qanunsuz olaraq həmin məntəqədə öz əməllərini törətmək üçün istifadə edib. Belə ki, Fuad Axundovun rəhbərliyi ilə kəşfiyyat bölüyünün 14 hərbi qulluqçusu düşmənlə əməkdaşlıqda şübhəli bilinən hərbçilərə işgəncələr verib. İşgəncəyə məruz qalan 109 nəfər hərbçidən 8 nəfəri buna dözməyərək vəfat edib.

Qeyd edək ki, ötən ilin dekabrında “Tərtər işi”nin araşdırılması ilə bağlı yeni istintaq qrupu yaradılıb. İşgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir.

İşlə bağlı həbs edilən digər iki nəfər isə Ələsgərov Rüstəm Çərkəz oğlu və Qarayev Ramil Fariz oğludur. Onlara da Vüsal Ələsgərovla eyni ittihamlar irəli sürülüb(qafqazinfo.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR