"Rəis dedi ki, nazirin göstərişidir, MTN-də 100 mindən aşağı pul alınmamalıdır"

10 fevral, 2022 15:54

Mövlam Şıxəliyevin məhkəməsində şahid və zərərçəkənlərlə müttəhimlər arasında qalmaqal yaşandı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Hərbi Məhkəməsində keçirilən iclasa jurnalistlər buraxılmır. Aylardır davam edən, açıq keçirildiyi elan olunan məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov da onun qanunsuz göstərişinə susqunluq nümayiş etdirir.

Media məlumatları vəkillər və zərərçəkənlərdən alır.

Ötən gün keçirilən məhkəmə prosesdə zərərçəkən şəxs Əfsəl Həsənəliyevin qanunsuz həbsi, ondan rüşvət alınması epizodu üzrə şahidlərin dindirilməsi ilə davam etdirildi.

“Yasin Məmmədov barmağı ilə 1 göstərdi”

Şahid qismində vəkil Arif Həbibzadə sərbəst ifadə verib. Bildirib ki, Əfsəl Həsənəliyev MTN-də həbsdə olarkən onun vəkili olub: “2013-cü ilin sentyabr-oktyabr aylarında MTN-in İstintaq Baş İdarəsində Yasin Məmmədov və Nadir Mustafayevin otaqlarında keçirilən istintaq hərəkətləri zamanı Yasin Məmmədov bir neçə dəfə Əfsəldən mənim  yanımda pul istəyirdi. Yasin Məmmədov barmağı ilə 1 göstərdi. Soruşdum ki, 10 min istəyirsiz? Cavab verdi ki, 1-in yanına 5 sıfır qoy. Əlavə etdi ki, cənab nazirin göstərişidir, MTN-də 100 mindən aşağı pul alınmamalıdır. Mən də dedim ki, Əfsəlin 100 min nədir, heç 100 dənə biti yoxdur. Bundan sonra Əfsələ də dedim ki, bunlara rüşvət vermə, hərəkətləri qanunsuzdur. Bunlar neylədilər - Əfsələ təzyiq göstərdilər, məndən imtina etdirdilər. Özlərinin təqdim etdikləri vəkili Əfsəl Həsənəliyevə caladılar, məcbur elədilər ki, onunla müqavilə bağlasın. Əfsəllə ailəvi dostuq. Ona görə də məndən imtina etsə də, baş verənlərdən məlumatlı idim. Bilirdim ki, ailəsindən pul tələb edirlər.  Siyəzəndə yaşayırdım deyə gəlib-getməyə çətinlik çəkirdim. Əfsəl azadlığa çıxandan sonra bildim ki, onu məcbur ediblər ki, 50 min dollar pul versin. 7 min istintaq dövründə alıblar. Xəstə adı ilə azad edib vaxt veriblər ki, qalan pulu da versin. O da evini banka girov qoydu və aldığı pulu aparıb Yasin Məmmədova verdi”.  Şahidin sözlərinə təqsirləndirilən Yasin Məmmədov etiraz edib, Arif Həbibzadənin ünvanına təhqiramiz sözlər işlədərək yalan danışdığını deyib.

İş üzrə zərərçəkən, MTN-dən azad ediləndən sonra intihar etmiş mərhum Cahangir Məmmədovun hüquqi varisi olan qardaşı Arif Məmmədov şahid qismində ifadə verib.

“Qardaşım Cahangir beynəlxalq yük daşımaları ilə məşğul olurdu. 2013-cü ildə onu MTN-in əməkdaşları tutmuşdular. Sonradan Cahangirin Əfsəl Həsənəliyev, Sərdar, Orxan, Məcid və Elman adlı şəxslərlə birlikdə Gürcüstandan pirotexniki məmulatları və yapışqan lentləri Azərbaycan ərazisindən tranzitlə  keçirməklə İran İslam Respublikasına apararkən MTN əməkdaşları tərəfindən tutulduğunu öyrəndim. Hamı bildirdi ki, onların əməlində cinayət yoxdur. Amma Cahangiri 3 ay müddətinə həbs elədilər. O zaman işi Yasin Məmmədov aparırdı. Cahangir tutulduqdan təxminən 1 ay sonra Yasin Məmmədov qardaşım Məzahirə zəng edib öz xidməti otağına çağırmışdı. Orada Cahangiri həbsdən azad etməsi üçün Məzahirdən 100 min manat pul istəmişdi. Yasin Məmmədov 50 min manatı alsa da, Cahangiri azad etmədilər. 80 min manat pul verildikdən sonra Yasin Məmmədov Cahangiri guya ağır xəstəlikdən əziyyət çəkməsinə dair məhkəmə-tibbi ekspertizasından rəy alıb həbsdən azad etdi.

Cahangir həbsdən çıxandan sonra özünə gəlmirdi. Ona qarşı törədilən cinayətlə barışa bilmirdi. Əvvəlcə özünü bıçaqladı. Sonra qollarını doğradı. Xəstəxananın 5-ci mərtəbəsindən özünü atdı, həyatına son qoydu. Bu adamlar özlərini elə aparırlar ki, guya heç nə baş verməyib. Zərərçəkənlərdən aldıqları pullar hesabına özlərinə həyat qurub, ortalıqda gəziblər. Bu cinayətlərə görə cavab verməlidirlər. Mənim qardaşımın ailəsi də dağıldı".

Arif Məmmədov vəsatət verərək məhkəmədən xahiş edib ki, qardaşı Cahangir Məmmədovun ölümü ilə bağlı xitam olunmuş cinayət işi qanunamüvafiq olaraq istintaqa qaytarılmaqla yenidən araşdırılsın.

Arif Məmmədova sual verən təqsirləndirilən şəxs Yasin Məmmədov isə bütün etik çərçivələri aşaraq hədə tonu ilə bildirib ki, Arif Məmmədov gözünün içinə qədər yalan danışır, qardaşının ölümündən istifadə edərək pul qazanmaq istəyir.

Yasin Məmmədovun belə təhqiramiz və məhkəməyə aşkar hörmətsizlik ifadə edən hərəkəti zərərçəkmiş şəxslərin kəskin münasibət bildirməsinə səbəb olub. Vəkil Osman Kazımov isə Yasin Məmmədovun bu hərəkəti ilə bağlı məhkəməyə etirazını bildirib. Buna qədər təqsirləndirilənin qanunsuz hərəkətinə susqunluq nümayiş etdirən hakim Yasin Məmmədova irad bildirib.

Mərhum Cahangir Məmmədovun digər qardaşı Məzahir Məmmədov da şahid qismində ifadə verib.

Deyib ki, qardaşı Cahangir İran, Ukrayna, Gürcüstan və Rusiya Federasiyasından sifariş verilən malları yük avtomobilləri ilə aidiyyəti ölkəyə daşımaqla məşğul olub: “2013-cü ilin sentyabrında MTN Cahangiri tutmuşdu. İş Yasin Məmmədovda idi. O zaman Yasin Məmmədov zəng eləyib məni MTN-ə çağırdı. Dedi ki, ”rəhbərliyin bu işdən xəbəri var, 100 min manat gətir, qardaşını buraxaq". O qədər pulumuzun olmadığını dedim. Həmin pulu toplamaq üçün metronun qabağında əl açıb dilənməli olduğumuzu da Yasinə dedim. MTN-dən çıxandan sonra qardaşım Arifin yanına getdim, dedim ki, Cahangirin azad edilməsi üçün Yasin Məmmədov 100 min manat pul tələb edir. Bir neçə gün sonra Yasin Məmmədov yenə zəng elədi, məni MTN-ə çağırdı. Yasin Məmmədovun iş otağına getdim, söhbət zamanı Yasin Məmmədov dedi ki, rəhbərliklə razılaşmışam, 80 min manat gətirin, Cahangiri xəstəliyinə görə həbsdən azad edək".

Yasin Məmmədov

“MTN mənim qanadımı qırdı, məni borca saldı, evimi satdırdı, ailəmi çöllərə saldırdı”

Məzahir Məmmədov deyib ki, qardaşı həbsdən azad ediləndən sonra sıxıntı keçirib: “Cahangir özünə xəsarət yetirmişdi. Onu  ”Azərsutikinti" xəstəxanasına aparmışdıq. Gecə Cahangirin yanında qaldım. Söhbət zamanı Cahangir  deyirdi ki, “MTN məni müflis elədi, məni borca saldı, bir quşun qanadını qırıb buraxsalar nə hala düşər? MTN mənim qanadımı qırdı, məni borca saldı, evimi satdırdı, ailəmi çöllərə saldırdı”. Onu sakitləşdirməyə çalışırdım. Vəziyyəti yaxşılığa doğru gedirdi deyə mən səhər xəstəxanadan çıxıb evə gəldim. Az keçmədi ki, zəng elədilər, dedilər ki, Cahangir xəstəxananın mətbəxinin pəncərəsindən özünü ataraq öldürüb".

“Yasin Məmmədova verdiyimiz 80 min manat pul borc sahiblərinə qaytarılmalı idi”

Şahid deyib ki, qardaşının başına gələnlər birbaşa olaraq qanunsuz həbsi, evinin satdırılması və ondan tələb olunan rüşvəti vermək üçün külli miqdarda borca düşməsi ilə əlaqəlidir: “Yasin Məmmədova verdiyimiz 80 min manat pul borc sahiblərinə qaytarılmalı idi. Cahangir bunun üçün evini satmışdı, müflisləşmişdi. Ailəsində də narazılıq yaranmışdı”.

Bundan sonra vəkil Osman Kazımov Yasin Məmmədova bir neçə sual verib.

Məlum olub ki, Cahangir Məmmədov həbsdə olduğu zaman Yasin Məmmədov dəfələrlə qardaşı Məzahir Məmmədovla əlaqə saxlayıb. Vəkil Yasin Məmmədovun Məzahir Məmmədovla əlaqə saxlamasının səbəbini soruşub. 

Yasin Məmmədov deyib ki, Məzahir Məmmədovla əlaqə saxlamaqda məqsədi Cahangir Məmmədov üçün sovqat gətirilməsi ilə bağlı olub.

Zərərçəkmiş Hüseyn Səfərov isə vəkilin suallarına cavab olaraq “Yasin Məmmədov məni rüşvətlə bağlı söhbətə dəvət etmişdi” cavabını  verib. Hüseyn Səfərovun bu sualından sonra Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov və Yasin Məmmədov zərərçəkmiş Hüseyn Səfərova kobud sözlər ünvanlayıblar. Məhkəmə prosesində gərginlik yaranıb.

Mərhum Cahangir Məmmədovun digər qardaşı Arif Məmmədov da Yasin Məmmədovun yalan danışdığını deyib: “Etdiyiniz əməldən peşman olmaqdansa bizi hələ təhdid də edirsiniz”(musavat.com).

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi