"İşin başında duranlar həbs olunmalıdır, həbs edilən 4 nəfər icraçılardır"

11 fevral, 2022 11:33

“Tərtər işi” çox ciddi məsələdir. Mən qulaq asıram ki, o zərərçəkənlərə necə də işgəncələr, əziyyətlər veriblər, dəhşətə gəlirəm. Bu işgəncələri verən 4 nəfər sadəcə icraçıdırlar. Bu işin başında duran şəxslər var və onlar həbs olunmalıdır.

"Azsiyaset" xəbər verir ki, bu sözləri bakupost.az -a millət vəkili Vahid Əhmədov “Tərtər işi” ilə bağlı 4 nəfərin həbs olunmasından danışarkən deyib.

Onun fikrincə kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər: “Söhbət yalnız insanlara verilən əzab-əziyyətdən yox, həm də Azərbaycan Ordusunda baş verən bu özbaşınalığın aradan qaldırılmasından gedir. Faktiki olaraq Azərbaycan Ordusunda belə işgəncə hallarına yol verilib və kifayət qədər zərərçəkən var. Onların sayı da günü-gündən artır. Ona görə də, bu, məsələni boş buraxmaq olmaz. Dövlət başçısına minnətdarlığımı bildirirəm ki, bu işi yenilədi. Azərbaycan Ordusunun dünya ordu sıralarında öz yerini tutması üçün kifayət qədər vəsaitlər ayrılıb. Eyni zamanda ordu dövlət başçısının həmişə diqqət mərkəzində olub”.

Millət vəkili bildirib ki, vəzifəsindən asılı olmayaraq, bu işdə rolu olan hər bir şəxs ciddi şəkildə cəzalandırılacaq:

“Bilmirəm, bu dəhşət ordunun daxilindən, yaxud kənardan müəyyən göstərişlər, sifarişlər əsasında olub, amma məsələ tezliklə aydınlaşacaq. Kimliyindən, hansı vəzifə tutmasından asılı olmayaraq, onların hamısı məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyətə cəlb olunması üçün kifayət qədər faktlar aşkarlanıb. Öz doğma vətəndaşlarına, orduda xidmət edən insanlara belə işgəncələr veriblər. İnsan ağlına belə gətirmək istəmir. Görünür, kimlərsə, öz çirkin əməllərini həyata keçirmək üçün bunu ediblər. Düşünürəm ki, Baş Prokurorluq da burada çox ciddi işlər görüb və bu işi axıra çatdıracaq. Vəzifəsindən asılı olmayaraq bu məsələdə əli olan insanların hamısı cəzalarını alacaqlar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR