Bakıda ərəbləri gəzdirən narkotacir oteldə necə yaxalandı - ""Patı"nı iranlı Rza göndərirdi"

13 fevral, 2022 00:18

Taksi fəaliyyəti ilə məşğul olan, daha çox ərəb turistlərinə xidmət edən, onları turistik yerlərə aparıb-gətirən 30 yaşlı Bakı sakini Vaqif Əsgərovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb. Elə ərəblərin qaldığı otellərdən birində saxlanılan Əsgərov narkotik maddələrin satışında təqsirli bilinib.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, Nizami rayonu ərazisində gizlədilən narkotik vasitəni (metamfetamin) İran vətəndaşı “Rza” adlı şəxsin internet üzərindən ötürdüyü koordinatlar əsasında götürən Vaqif Əsgərov onu  yaşadığı evə gətirərək bükümlərə ayırıb. İki gün sonra - sentyabrın 13-də Nərimanov rayonu ərazisində fəaliyyət göstərən otellərdən birinə gəlib. Polis əməkdaşlarının həmin mehmanxanada keçirdikləri əməliyyat tədbirləri zamanı V.Əsgərov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 4 bükümdə ümumilikdə 10,839 qram metamfetamin aşkarlanaraq götürülüb.

V.Əsgərova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Vaqif Əsgərov ifadəsində taksi sürücüsü işlədiyini, əsasən xarici qonaqları otellərə, otellərdən turistik yerlərə aparmaqla, onları qarşılayıb yola salmaqla məşğul olduğunu deyib. İşi ilə əlaqədar çox zaman gecələri oyaq qaldığını bildirib. Köklükdən əziyyət çəkən V.Əsgərov “patı”nın insanı arıqlatdığını və yuxusuzluq gətirdiyini öyrənib. Bu səbəbdən də “patı”dan istifadə etməyə başlayıb. İki il ərzində 135 kiloqramdan 95 kiloqrama düşüb.

V.Əsgərovun ifadəsinə görə, metamfetamini həbs olunmamışdan təxminən 20 gün əvvəl İran vətəndaşı kimi tanıdığı “Rza” adlı şəxsdən alıb.

“Onu sosial şəbəkədən qiyabi tanıyırdım. “Rza” ilə heç vaxt görüşməmişəm, yalnız “WhatsApp web”vasitəsilə əlaqə saxlamışam. “Rza”ya hər dəfə metamfetamin sifariş verdikdən sonra hər qramına 20 manat olmaqla hesabına pul köçürmüşəm. Ərazinin şəklini çəkib atdığı yerlərə gedərək “patı”nı oradan götürmüşəm”- təqsirləndirilən şəxs ifadəsində göstərib.  

V.Əsgərov həbs olunmamışdan bir gün əvvəl “Rza”ya “WhatsApp”la zəng vurub 15 qram “patı” sifariş edib və onun hesabına əvvəlcə 200, sonrasa 100 manat köçürəcəyini deyib.

Sentyabrın 11-də Vaqif iranlının dediyi ünvana - “Sapfir” şadlıq sarayının yaxınlığına gəlib. Həmin ərazidə “Rza”nın ona koordinatlarını izah etdiyi yerdən “patı”nı götürüb. Zəng vurub “əmanət”i götürməsi ilə bağlı iranlını xəbərdarlıq edib: “Metamfetamini hissələrə böldüm. İki gün ərzində beş qramını özüm istifadə etdim. Yerdə qalan dörd bükümü şalvarımın cibində gizlətdim”.

V.Əsgərovun ifadəsinə görə, gecə saatlarında müştəri gözlədiyindən ailə üzvləri narahat olmasınlar deyə gecələmək üçün otelə  gedib: ”Ərəb turistlərinin qaldıqları otellərdə demək olar ki, hamı məni tanıyırdı, hörmətimi saxlayırdı. Özümə bir otaq götürdüm, “patı”dan istifadə etdim. Müştəri mənimlə əlaqə saxlamadığından yatıb qaldım. Səhər saatlarında mülki geyimli üç nəfər şəxs otel otağına daxil oldular, özlərini təqdim etdilər, onlarla birgə Nərimanov Rayon Polis İdarəsinə getməyimi tələb etdilər. “Rza”dan aldığım “patı”nın bir hissəsi cibimdə idi. Başqa çıxış yolum olmadığını anladım və onlarla birgə polis idarəsinə getdim. Baxış zamanı cibimdəki bükümləri “Rza”dan aldığımı, narkotiki əldə etmə üsulunu polislərə söylədim”.

Təqsirləndirilən şəxs ifadəsində “patı” və “şüşə” qəbul etdiyini, əməlindən peşman olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını deyib.

Məhkəmənin hökmü ilə Vaqif Əsgərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR