Bazarlarda erməni avtomatları - 5 minə "Kalaşnikov"u kimlər satır?

14 fevral, 2022 11:12

"Tarix göstərir ki, müharibələrdən sonra mülki əhali arasında silahların satışı artır. Bu, hər zaman belə olub. Birinci Qarabağ müharibəsindən sonra da belə idi. Hətta o vaxt bu cür hallar həddən artıq çox yayılmışdı".

Bu sözləri son günlər ölkədə qeyri-qanuni silah satışının artmasına, "qara bazar"da "Kalaşnikov" markalı avtomatların 5 min manata təklif olunmasıyla bağlı problemə münasibət bildirən tanınmış vəkil Əsabəli Mustafayev deyib.

O, Birinci Qarabağ müharibəsindən sonra uzun illər avtomat, tapança, pulemyot kimi silahların satışının baş verdiyini xatırladıb:

"44 günlük Vətən müharibəsi oldu və orada qənimət kimi götürülən silahların bir qismi mülki insanların əlinə keçdi. Haradasa gizlədiblər, hansısa yolla gətiriblər bura. Deməzdim ki, çox kütləvi hal alıb. Lakin faktlar var. Bir müddət sonra məlum olacaq ki, bu faktlar biz təsəvvür etdiyimizdən daha çoxdur. İndi orduda intizam Birinci Qarabağ müharibəsində olduğu kimi deyil. Daha ciddi və güclüdür, rəhbərlik var. Belə silahların gizli sürətdə mülki həyata gətirilməsi çox çətin məsələdir. Çox yaxşı haldır ki, bizim hüquq mühafizə orqanları da belə faktların baş vermə ehtimalını bilirlər və nəzarəti gücləndiriblər. Əvvəllər insanlar silahları gizlətmədən maşınında, evində saxlaya bilərdi. Kiçik bir toqquşma olan zaman silahını çıxarıb hədə-qorxu gələ bilirdi. Lakin indi o zəmanə deyil. Ola bilər ki, sadəcə maraq xətrinə bu cür hallar baş verir. Heç düşünmürlər ki, silahı gələcəkdə haradasa istifadə edə bilərlər. Eyni zamanda kriminal dairələr də silah satışına maraq yaradıb. Hazırda xarici ölkələrdən Azərbaycana silah gətirmək çox çətindir. Ölkə daxilində odlu silahların dövriyyəsi demək olar ki, dayandırılıb. Lakin kriminal dəstələr silah əldə etmək marağındadırlar. Bu silahlar onlara oğurluq və soyğunçuluq etmək üçün lazımdır. Əgər tələb varsa, onun təmin olunması üçün vasitələr də axtarılacaq. Görünür orduda, döyüşdə iştirak edən bəzi insanlar bu maraqdan istifadə edərək varlanmaq xətrinə silahların alqı-satqısını həyata keçirirlər. Lakin bu vəziyyət uzun müddət davam etməyəcək. Çünki hüquq mühafizə orqanları ciddi tədbirlər görürlər"(yenisabah.az).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR